Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mətbuat Şurası monitorinq qrupu yaradıb – Jurnalistlərin üzləşdikləri çətinliklərlə bağlı

“Azərbaycan Mətbuat Şurası jurnalistlərin peşə fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələrinə hər zaman ciddi önəm verib”

PİA.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.

Bildirilib ki, bunun tənzimlənməsi üçün Şuranın Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyası fəaliyyətdədir. Komissiyanın tərkibinə MŞ-nin İdarə Heyətinin üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Azərbaycan Respublikasının Daxili İşlər və Ədliyyə Nazirliklərindən nümayəndələr daxildir:

Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu da var ki, onun missiyası bilavasitə kütləvi aksiyalar zamanı jurnalistlərin peşə fəaliyyətlərini sərbəst yerinə yetirmələrinə dəstək göstərilməsinə yönəlib.

Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələri təmsilçilərinin peşə vəzifələrini sərbəst və maneəsiz icrasının daha səmərəli yollarını müəyyənləşdirmək, mövcud istiqamətdəki prosesləri tənzimləmək məqsədilə Daxili İşlər Nazirliyi ilə birgə koordinasiya edilmiş iş rejimində fəaliyyətdədir.

Xüsusən də paytaxt Bakı şəhərində müxtəlif rəy sorğuları aparmaq, reportajlar hazırlamaq, jurnalist fəaliyyətindən irəli gələn digər tədbirlər görmək istəyən KİV əməkdaşları hər hansı çətinlik və anlaşılmazlıqla qarşılaşacaqları təqdirdə hər iki qurumun nümayəndələrindən ibarət monitorinq qrupuna məlumat verə bilərlər.

Bununla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsindən və MŞ-dən nümayəndələr müəyyənləşdirilib.

Onların əlaqə vasitələri aşağıdakı kimidir:

Elşad Hacıyev, Bakı Şəhər Baş Polis İdarəsi – (055) 2889553; (012) 590 68 81

Əvəz Rüstəmov, Azərbaycan Mətbuat Şurası – (050) 206 96 02; (012) 441 35 30″. (Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar