Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... Qarabağ qazisi acınacaqlı vəziyyətdə yaşayır - Fotolar

Zəngilan rayonundan məcbüri köçkün düşmüş, 2-ci qrup Qarabağ müharibəsi əlili Adil Musa oğlu Alışova haqsızlıqlar edilir

PİA.az xəbər verir ki, bu barədə Reyting.az-a açıqlama verən A. Alışov deyib ki, həm məcburi köçkün, həm də Qarabağ əlili olmasına baxmayaraq, illərdir kirayələrdə yaşayır. Bununla bağlı bütün instansiyalara müraciət etsə də, müsbət cavab almayıb:

"Mən, 1991-ci ildən 1996-cı ilə qədər Qarabağ müharibəsi döyüşçüsü olaraq, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Murov dağı və Gədəbəy uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Bunları təsdiq edən rəsmi sənədlərim də var. Biz, müəyyən xüsusi hərbiçilər 1996-cı ilin 06 fevral tarixində Prezident Heydər Əliyevin Fərmanı ilə ordudan tərxis olunaraq ehtiyata buraxıldıq”.

3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... Qarabağ qazisi acınacaqlı vəziyyətdə yaşayır

A. Alışov 11 dekabr 1992-ci ildə Zəngilan rayonunun Şayıflı kəndi uğrunda gedən döyüşlərdə kəllə-beyin travması aldıqdan sonra Bakı şəhərindəki Hərbi hospitalda (Papanin) müalicə olunaraq yenidən döyüş bölgəsinə qayıdıb. 25 iyun 1993-cü il tarixdən Cəbrayıl rayon Quşçular postu uğrunda gedən döyüşlərdə qarın nahiyəsindən güllə yarası alıb. 8 fevral 1994-cü il tarixdə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi uğrunda gedən ağır döyüşlərdə ürək nahiyyəsindən ağır zədələyici qəlpə yarası alan A. Alışov, bu günə kimi döyüş zamanı aldığı xəsarətlərlə bağlı 27 dəfə əməliyyat olunub. Dediyinə görə, əməliyyat xərcləri də ailəsi və yaxınları tərəfindən ödənilib.

A. Alışovun sözlərinə görə, 14 ildir ki, müxtəlif yerlərdə kirayələrdə yaşayır, hazırda isə yaşayış şəraiti acınacaqlıdır:

"Bu günə qədər Zəngilan Rayon İcra Hakimiyyətinə, deputatımıza, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Müdafiə Nazirliyinə, "Qaçqınkom"a və digər dövlət qurumlarına yüzlərlə müraciət etmişəm. Dəfələrlə qəbullarda olmuşam, ailə vəziyyətimin, yaşayış şəraitimin ağır olduğunu demişəm, amma problemim həllini tapmayıb”.

3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... Qarabağ qazisi acınacaqlı vəziyyətdə yaşayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçiyə bildiriblər ki, ona məcburi köçkün kimi evi Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi verməlidir. Komitədən isə deyirlər ki, evi daha ağır şəraitdə yaşayanlara veririk, hələ gözlə. Yaşayış şəraitinin acınacaqlı olduğunu bildirən şikayətçi isə “İndi mən nə edim, ailə-uşağımla küçədə çadır qurum yaşayım ki, mənə ev versinlər? Mən dövlətimin adına xələl gətirən addımlar atmaq istəmirəm. Mən bu dövlət, bu Vətən üçün canımı fəda eləmişəm, üç dəfə yaralansam da, yenə də xidmətimi davam etdirmişəm. Ancaq bu qədər haqsızlıq, bu qədər etinasızlıq olmaz”,- deyir.

Elə bu səbəbdən də A. Alışov mətbuat vasitəsiylə Azərbaycan prezidentinə müraciət edib. İnanır ki, müraciəti dövlət başçısının diqqətinə çatdırılsa problemi qısa müddətdə həllini tapacaq.

pia.az


Etiket: Adil Alışov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar