Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavad Zərif: “Xəzərin hüquqi statusu haqda” Konvensiya təsdiq ediləcək”

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu barədə danışıb

“Lazımi prosedurdan sonra “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq üçün parlamentə göndəriləcək”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

O qeyd edib ki, indiyədək “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ilə bağlı hər bir qərar Milli Təhlükəsizlik Ali Şurası və İranın Ali liderinin icazəsi və imzası ilə verilib: “Lazımi prosedur keçdikdən sonra “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ratifikasiya üçün parlamentə göndəriləcək”.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Milli Məclisi “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.

Xatırladaq ki, uzun sürən danışıqlardan sonra ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar