Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Pənah Hüseyni tənqid edənlərə əsəbiləşdi

Pənah bəyə deyiblər ki, sən niyə Fazil Mustafa və Qüdrət bəylə görüşmüsən?

Sabiq Baş nazir Pənah Hüseyn sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.

AzNews.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə, Pənah Hüseynin tənqid olunmasına səbəb Milli Məclisin deputatları Qüdrət Həsənquliyev və onunla eyni çay süfrəsi qarşısında oturması olub:

“Cümə günü keçmiş baş nazir Pənah Hüseyn telefonla arayaraq bir neçə partiya sədrləri ilə birlikdə Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə etməyi təklif etdi və bildirdi ki, görüşdə BAXCP sədri Q.Həsənquliyev, BAP sədri E.Musayev və AMİP sədr əvəzi A.Əlizadə iştirak edəcək. Bütün mədəni siyasi və elmi müzakirələrə açıq bir şəxs kimi təklifi qəbul etdim və bir kafedə çay süfrəsi arxasında gilas mürəbbəsinin də müşayəti ilə maraqlı müzakirə apardıq. Yəni siyasi kimliyi olan bir neçə azərbaycanlı oturub bir arada normal, səmimi ölkəmizin daxil və xarici durumunu müzakirə etdik. Nə yeni bir təşkilat yarandı, nə kimsə-kimsəyə yumruq atdı, nə hansısa təşkilatın və şəxsin əleyhinə danışıldı. Bir saata iki çaynik çay istehlak edərək ayrıldıq. Sonda Pənah bəy söylədi ki, bu qeyri-rəsmi söhbətləşmə barədə sosial şəbəkədə və mətbuatda bilgi vermək istəyir, orada olan partiya sədrlərindən kimsə buna etiraz etmədi. Pənah bəy bu görüş barədə öz profilində qısa bir mətn içində bilgi yazdı. Yəni bura qədər hər şey yolunda getdi”.

Fazil Mustafa qeyd edib ki, həmin görüşdən sonra qondarma professorlar, siyasətçilər və başqa kateqoriyadan olanlar öz rəylərində Pənah Hüseyni qınayıb: “Sən niyə Fazil Mustafa və Qüdrət bəylə görüşmüsən? Allah-allah, bu ölkədə həqiqətən keçinin qoturu özünə sığışdırıb bulağın gözündən su içmək istəmir! Bu nə düşüncə, bu nə anlayış? Başqa xalqlar deyirlər ki, siyasətçilərimiz bir araya gəlib mədəni müzakirə aparsınlar, ölkənin problemlərindən çıxış yolları axtarsınlar. Bunlar isə əksinə, deyirlər ki, niyə bir-birinizə düşmən olmursunuz. Sonra da hakim partiyaya irad bildirirlər ki, niyə müxalifətlə dialoq aparmır. Bu cür xəstə müxalifətçiliyin daşıyıcıları olan yerdə bu müzakirə necə aparıla bilər”?.

pia.az


Etiket: Fazil Mustafa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar