Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan dünya çempionatına 25 güləşçi ilə qatılacaq

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı keçiriləcək

İyulun 29-dan avqustun 4-dək Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı keçiriləcək.

APA-nın məlumatına görə, ilk günlərdə mübarizə aparacaq Azərbaycanın sərbəst güləşçiləri böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında çıxış edəcək.

Heyətdə Murad Haqverdiyev (45 kq), Cavid Cavadov (48 kq), Riad Aslanov (51 kq), Zirəddin Bayramov (55 kq), Fərhad Kərimli (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məmmədəli Əliyev (71 kq), Fərid Cabbarov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) yer alıblar.

Yeniyetmə qızların yarışında ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Zenfira Həşimova (43 kq), Gültəkin Şirinova (46 kq), Nərgiz Səmədova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Firuzə Məcidova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcəklər.

Mundialın son günlərində böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi üzrə millimizin tərkibinə Fərid Sadıxlı (45 kq), Ziya Babaşov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq), Rauf Əliyev (71 kq) və Laçın Vəliyev (92 kq) daxil ediliblər.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar