Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Eldar Mahmudovun biznes ortağına dəstək olmaq üçün..." - BNA rəhbərinə sərt ittiham

Bəxtiyar Hacıyev Vüsal Kərimliyə maraqlı müraciət edib: "...siz böyük, vəzifəli, səlahiyyətli şəxssiniz, xaricdə prezident nömrələrində qalan adamsınız..."

Tanınmış blogger Bəxtiyar Hacıyev öz facebook səhifəsində Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə maraqlı müraciət edib.

Reyting.az bildirir ki, o, BNA rəhbərini paytarxtdakı qanunsuz əməlləri ilə üzləşməyə çağırıb:

"Bakı Nəqliyyat Agentliyinin rəhbəri, hörmətli Zati-aliləri, cənab Vüsal Kərimli.

Təklif edirəm ki, əgər gənc, ümidverici və şəffaf kadr olduğunuzu iddia edirsinizsə, sabiq MTN rəhbəri Eldar Mahmudovun biznes ortağının öz parking yerinə müştəri doldurmaq üçün küçəyə qoyduğu qadağa nişanı yığışdırmaq əvəzinə, əməkdaşlarınızın eyni nişan altında eyni gün, eyni saat, eyni dəqiqədə dayanan avtomobillərdən bəzilərini cərimələyib, bəzilərini cərimələməməyi sübut etməyim üçün son 1 aylıq TŞ kamera görüntüləri və protokollarla tanış olmaq imkanı yaradasınız. Sübut edə biləcəyimə əminəm.

Yox, əgər "power corrupts" ifadəsini haqlı çıxararaq, səlahiyyətləriniz artdıqca, köhnə məmurlardan fərqlənmədiyinizi göstərmək istəyirsinizsə, bizi iqnor edin, biz də köhnə məmurlar kimi dəyərləndirib, elə davam edək sizin işinizə yanaşmamızı. Düşünək ki, DYP getdi, BNA gəldi, cərimə yazanın ağına da, qarasına da sayğılar.

Bu arada, siz böyük, vəzifəli, səlahiyyətli şəxssiniz, xaricdə prezident nömrələrində qalan adamsınız, vaxtınızı bizə ayırmağınız vacib deyil. Araşdırmaq istəsəniz, adi işçilərinizdən birinə tapşırın, araşdıraq görək, o nişan orada niyə durur və əməkdaşlarınız niyə eyni gün, eyni saat, eyni dəqiqədə, eyni yerdə duran avtomobillərdən bəzilərini cərimələyir, bəzilərini yox".

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar