Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva Bona Dea Beynəlxalq Hospitalında müalicə olunan uşaqlarla görüşüb

Xatırladaq ki, hospitaldakı uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə alır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 27-də paytaxtdakı Bona Dea Beynəlxalq Hospitalında Fondun dəstəyi ilə müalicə olunan uşaqlarla görüşüb.

Pia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bona Dea Beynəlxalq Hospitalı istər tibbi heyətinə, istərsə də maddi-texniki bazasına görə dünyada müasir standartlara cavab verən müalicə ocaqlarından biridir.

Heydər Əliyev Fondunun dəstəyi ilə burada bu ilin may ayında 50, iyun ayında isə 42 uşaq müalicə alıb. Müalicə olunanlar əsasən serebral iflic və autizm xəstəliklərindən əziyyət çəkən uşaqlardır. Müalicə alan uşaqlardan 5-i əməliyyat olunub. Əməliyyatdan sonra uşaqlara müvafiq müalicə kursu təyin edilib və onlar hazırda reabilitasiya kursu alırlar. Müalicə alanlar arasında anadangəlmə eşitmə qüsurlu uşaq da olub. Aparılan müalicə nəticəsində onun eşitmə qabiliyyəti bərpa edilib.

Burada müalicə olunan uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr də təqdim edildi.

Gələcəyimiz olan uşaqların sağlamlığının təmini Heydər Əliyev Fondunun fəaliyyətində əsas prioritetlərdən birini təşkil edir. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələr əhəmiyyəti ilə seçilir və davamlı xarakter alıb.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar