İngiltərənin "Mançester Yunayted" klubu qapıçısı Din Hendersonla müqavilənin müddətini uzadıb
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
"Mançester Yunayted"in yetirməsi olsa da, əsas komandada heç bir rəsmi oyun keçirməyən Henderson 2016-cı ildən müxtəlif klublara icarəyə verilir. 2018-ci ildən "Şeffild Yunayted"də icarədə olan gənc qolkiper, MY ilə yeni müqavilə imzaladıqdan sonra, yenidən sözügedən kluba icarəyə verilib. O, mövsümün sonunda "qırmızı şeytanlar"ın düşərgəsinə qayıtmalıdı.(futbolinfo.az)
pia.az