Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

7 maddədə Boris Consonun “Türkiyə hesabatı” - BREXİT-i Türkiyə üzərindən təbliğ edib...

Qüsurlarla dolu siyasi karyerasına İngiltərə Baş naziri kimi davam edən Conson 2016-cı ildə BREXİT prosesini Türkiyə əleyhinə çevirib, daha sonra isə: “Bu məsələ ilə bağlı bir kəlmə də danışmamışam”, deyərək üstündən keçib...

“The Independent”, ABŞ, 25 iyul 2019-cu il

Boris Conson 2016-cı ildə İngiltərənin AB-dən ayrılması ilə bağlı kampaniyalara şəxsən rəhbərlik edirdi. (Reuters)

İngiltərədə problem halına gələn Avropa Birliyindən (AB) ayrılma prossesində Devid Kamerondan sonra Tereza Mey də nokauta düşüb. Yeni Baş nazir Boris Consonla başlayan yeni prossesin necə davam edəcəyi maraq doğurur.

4 may 2008 - 9 may 2016-cı illərdə London Bələdiyyə sədri, 13 iyul 2016 - 9 iyul 2018 tarixlərində isə Xarici İşlər naziri kimi işləmiş Conson siyasi fəaliyyətindən çox, səbəb olduğu qüsurlarla və qalmaqallarla gündəmə gəlir. Consonun Türkiyə əleyhinə olan sözləri isə hələ də yaddan çıxmayıb.

1. “Babam türk olub, amma mənim türk tərəfim zəifdir”

2005-ci ildə BBC Özbəkistandan İbra Jumaboyevə verdiyi reportajda babası türk olsa da, “türk tərəfinin zəif olduğunu“ deyən Boris Conson, eyni zamanda, Türkiyəni sevdiyini də qeyd etmişdi.

2. “77 milyon türkün gəlişini təsəvvür edə bilmirəm”

Nəsli Osmanlıda Ali Kemala qədər gedib çıxan Conson 2016-cı ildə İngiltərənin AB-dən ayrılması üçün yaratdığı BREXİT kampaniyasını Türkiyə əleyhinə çevirməklə diqqəti cəlb etmişdi.

O, 18 aprel 2016-cı ildə: “Tamamilə türk tərəfdaşıyam, amma 77 milyon türk tanışımın və türk əsillilərin nəzarətsiz şəkildə buraya gəldiyini təsəvvür edə bilmirəm. Bu dəlilik olar və işə yaramaz”, demişdi.

O dönəmdə İngiltərədəki referendum müddətində “Vote Leave” (ayrılmağa səs ver) kampaniyaları davam edərkən başqa sahələrdə də Türkiyədən istifadə etmişdilər.

Bir kampaniya afişasında “Türkiyə AB-də daxil olur. Ayrılmaq üçün səs ver, nəzarəti geri al”, sözləri yazılmışdı. Kampaniyanın sosial mediadakı paylaşımlarında isə “Devid Kameron Türkiyənin AB-yə qoşulmasını istəyir. Milli Sağlamlıq Xidmətimiz (NHS) bununla necə mübarizə aparacaq? 23 iyunda nəzarəti geri al”, sözləri yazılmışdı.

3. Təhqiramiz bir şeirlə birinci oldu

19 may 2016-cı ildə “The Spectator” tərəfindən keçirilən şeir yarışmasında, içində Ərdoğana qarşı ağır təhqirlər olan bir şeir yazan Conson diqqət çəkən misraları ilə qalib elan olunmuşdu və min sterlinq dəyərində mükafat qazanmışdı.

4. “Türkiyənin AB-yə girib girməməsi önəmli deyil”

5 iyun 2016-cı ildə BBC-də Andrew Marr Show-da iştirak edən Conson: “Nə yalan deyim, İngiltərə AB-dən ayrılsa, Türkiyənin AB-yə girib girməməsinin mənim üçün bir fərqi olmaz”, deyib.

5. Kamerona məktub yazdı

16 iyun 2016-cı ildə dönəmin Ədliyyə naziri olan Mişel Qovla birlikdə BREXİT referendumundan 1 həftə əvvəl Baş nazir Devid Kamerona xitabən yazdığı məktubda İngiltərəni Türkiyədən gələcək kütləvi bir köçdən və Türkiyə ilə ortaq sərhədlərə sahib olmaqdan qaçmağın tək yolunun AB-dən ayrılmaq olduğunu önə sürüb.

6. Türkiyənin AB-yə qoşulmasını sürətləndirmək barədə danışıb

21 iyun 2016-cı ildə 23 iyun referendumundan 2 gün əvvəl BBC-də AB-dən ayrılmaqla bağlı gedən mübahisələrdə “Türkiyənin AB-yə qoşulmasını sürətləndirmək bir dövlət siyasətidir”, deyib.

7. “Referendum zamanı Türkiyə barədə heç nə demədim”

Alınan qeydlər göstərir ki, ingilis siyasətçi bir çox açıqlamasında səs uğrunda türk köçkünün İngiltərəni təhdid etdiyini deyib. Lakin buna baxmayaraq, BREXİT referendumu üçün keçirilən kampaniya əsnasında Türkiyə ilə bağlı dediyi sözləri inkar edib. 18 yanvar 2019-cu ildə Staffordşirdəki çıxışında: “Referendum zamanı Türkiyə haqqında heç nə demədim. Bu məsələ ilə bağlı bir kəlmə də deməmişəm”, deyən Conson: “Son 20 ildə etdiyim çıxışları izləyən hər kəs bilir ki, daim köçü müdafiə edən və dəstəkləyən tərəfdə olmuşam”, deyib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar