Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli qəzaya düşən kürəkəni haqda son məlumatı bölüşdü

Xəbər verdiyimiz kimi, iyulun 24-də saat 22.00 radələrində təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib

Naməlum şəraitdə baş vermiş aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Hazırda pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Xəzər dənizində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevdir. Hərbi hissə komandirinin müavini olan Atakişiyev tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azvision.az -a bildirib ki, pilotun axtarışları ilə bağlı hələlik yeni xəbər yoxdur.

“Bizə heç bir məlumat verilməyib. Yeni məlumat almaq üçün H.Z.Tağıyev qəsəbəsinə gedəcəyik. Orada uçuşlar dayandırılıb. Axtarışlar barədə məlumatlar hadisə ilə əlaqədar yaradılan qərargaha gəlir. Hazırda ora gedib vəziyyətlə maraqlanacağıq”.

Q.Hüseynli qeyd edib ki, dünən müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov və digər rəhbər şəxslər Atakişiyevin evində gələrək, onun ailəsinə təskinlik veriblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar