Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Rəhimov məqalə yazdı: “Qürur duyuram...”

Gənclər və İdman naziri Azad Rəhimov “25 illik tarix” adlı məqalə yazıb

PİA.AZ xəbər verir ki, rəsmi “Azərbaycan” qəzetində dərc olunan məqalədə Gənclər və İdman Nazirliyinin fəaliyyətə başlamasının 25-ci ili ilə bağlı nazirin düşüncələri yer alıb.

O, qeyd edib ki, Gənclər və İdman Nazirliyi Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə yaradılıb. Müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsi, gənc nəslin yaradıcılıq potensialının, qüvvəsinin, bilik və bacarığının milli dövlət quruculuğuna, iqtisadi və sosial inkişaf proqramlarının reallaşdırılmasına yönəldilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi nazirlik qarşısında əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

A.Rəhimov yazıda təssüf etdiyini bildirir ki, ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycan gəncliyinin həyatında çox çətin sınaqlar dövrü başlandı: “Dövlət gənclər siyasəti, demək olar ki, unuduldu. Hakimiyyət iddiası ilə yaşayan qeyri-sağlam qüvvələrin gənclərdən öz məqsədləri üçün istifadə meyilləri baş qaldırdı. Müxtəlif qrupların hakimiyyət uğrunda çəkişmələrində yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsinə, sabaha inamı itirməsinə gətirdi. Yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra cəmiyyət həyatının bir çox sferaları kimi bu sahədə də vəziyyət kökündən dəyişdi”.

1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi, 1997-ci ilin 2 fevralından isə həmin günün "Azərbaycan gəncləri günü” elan edilməsi də bu tarixin əlamətdar məqamlarındandır.

O dövrlərdən başlayaraq Azərbaycanda dövlət gənclər siyasəti ilə bağlı dəqiq, əsaslı konsepsiya müəyyən edilmiş, bu sahədə müasir dövrün ruhuna uyğun qanunvericilik bazası formalaşdırılmış, müvafiq dövlət proqramları qəbul edilərək uğurla icra olunub.

A.Rəhimov yazıda Azərbaycanın idman ölkəsi olduğunu qeyd edir: “Cənab İlham Əliyevin davamlı səyləri nəticəsində ölkəmiz artıq dünyanın qabaqcıl idman dövlətlərindən birinə çevrilib. Ötən illər ərzində Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına uğurla evsahibliyi etməsi bunun sübutudur”.

Nazir yazıra qeyd edib ki, bütün bu inkişaf proseslərində, möhtəşəm tarixdə 25 illik fəaliyyəti ilə Gənclər və İdman Nazirliyinin də adının, xidmətinin olması ilə qürur duyur: “Dövlət rəhbərinin müəyyən etdiyi gənclər, bədən tərbiyəsi və idman siyasətinin öz milli hədəflərinə çatmasında, Azərbaycan gəncliyinin timsalında ölkəmizin parlaq gələcəyinin təmin olunmasında hər birimiz bundan sonra da əzmkarlıq göstərməyə, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq”.

pia.az


Etiket: Azad Rəhimov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar