Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“S-400-lərin alqısı Türkiyəni işğal etməyə hazırlaşan NATO-ya qarşı addımdır”

Türk ekspertdən şok açıqlamalar

Haber7 (Türkiyə), 25.07.2019

Siyasi fəlsəfə sahəsində ekspert Lütfü Özşahin ehtimal edib ki, Türkiyə Rusiya S-400-lərini almaqda belə bir israr göstərib, çünki Türkiyənin NATO tərəfindən potensial işğal planına qarşı əks-fəaliyyətə hazırlıq görür.

Lütfü Özşahin Didem Arslan Yılmazın Habertük TV-də apardığı “Türkiyənin nəbzi” verilişinin qonağı olub.

Ekspert NATO-nun Türkiyə üçün təhlükə təşkil etdiyinə israr edərək mülahizə yürüdüb: “Biz S-400-ləri kimə qarşı almışıq… Əgər Rusiya Türkiyəni işğal etməyə hazırlaşırsa, onda S-400-ü bizə niyə satmalıdır? Türkiyəni havadan işğal etməyə qabil yeganə güc ABŞ-dır. Belə ki, Türkiyənin işğalı üçün NATO-nun planı var. Onlar bunu havadan etməyə hazırlıq görürlər. Onlar təlim keçiriblər. Türkiyəni qoruyan NATO yoxdur. Yedəkdə saxlayan, nəzarət edən və gərək olarsa, çevrilişlər təşkil edən NATO var”.

“Türkiyədə çevrilişin arxasında NATO durmuşdu”

Özşahin qeyd edib – Türkiyədə hər bir çevrilişin arxasında NATO durub. “NATO-da “Qladio” strukturu var. Çevrilişlər uyğun göstərişlərsiz baş vermir. Türkiyədə bütün çevrilişlərin dalında onlar durublar. Hətta Fətulla Gülənin terror təşkilatı da (FETÖ) onun tərkib hissəsidir”.

“Türkiyənin işğalı”na yönəlmiş təlimlər

2002-ci il iyulun 24-də Amerikanın Nevada ştatında “Minilliyin çağırışı-2002” (Millennium Challenge) adlı nəhəng təlimlər olub. Ona 13,5 min hərbçi qatılıb. Bu əhatəli manevrlərə NATO üzvü bir çox ölkələr çağırılıb, amma Türkiyə dəvət olunmayıb.

“Gürz” işində (guya 2003-cü ildə hazırlanan hərbi çevriliş-tərc.) adı keçən qərargah polkovniki və FETÖ-dən ziyan görən hərbçilərdən biri Mustafa Önsel bir zamanlar OdaTV üçün məqalədə bu təlimlərin ssenarisindən danışıb. Önsel yazıb: “Şərti düşmən iki qitədə yerləşən ölkə idi. O bu üzdən bəzi dəniz yollarına nəzarət edir. Bu hədəf ölkənin Aralıq dənizində bir ada dövləti ilə münasibətlərində problemlər var. Həm də bu ölkədə milli azlıqlar yaşayır”.

Ssenariyə görə, “hər şey şərti düşmənin ərazisində son dərəcə dağıdıcı zəlzələdən başlanır. Beynəlxalq məhkəmə zəlzələ ilə yanaşı bu ölkənin ərazi sərhədləri haqda onun maraqlarına zidd qərar çıxarır. Beynəlxalq güclər bu zaman şərti düşmənə onunla da propblemi olan ada dövləti ilə münaqişəyə girməyi təklif edir.

Siyasi rəhbərlik çətin duruma düşərək bu təklifi qəbul etməyə məcbur olur. Hərbçilər bundan sonra ölkədə hakimiyyəti ələ keçirir və avtoritar rejim qururlar. Sonra ada dövlətini mühasirəyə alırlar və Amerika hərbçiləri 96 saat ərzində şərti düşmənin ərazisinə soxulurlar”.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar