Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmi kəşfləri ilə dünyanı dəyişdirmiş müasir müsəlman alimləri

ХХ və ХХI əsrin dünya şöhrətli müsəlman alimləri

Əhməd Zevayl

Pia.az islam.az-a istinadən bildirir ki, misirli alim Əhməd Zevayl günümüzün ən məşhur müsəlman alimlərindən biri sayılır. O, elmlər doktoru adını ABŞ-da almış, daha sonra Kaloforniya Universutetinə professor təyin edilmişdir. Əhməd Zevayl öz elmi potensialını kimyəvi reaksiyaların müşahidəsində istifadə edilən femtosaniyə metodunun inkişafına həsr etmişdir. Alim dünyada məşhur olan altı universitetin fəxri dostorudur. O, bir çox mükafata layiq görülmüşdür. 1999-cu ildə kimyəvi reaksiyalar zamanı meydana gələn keçid halların femtosaniyə metodu vasitəsilə tədqiqinə görə Nobel mükafatı ilə təltif edilmişdir.

Faruq əl-Baz

Misir yetirməsi olan məşhur geoloq Faruq əl-Baz Missuri-Rolla Universitetinin professorudur. O, NASA-da çalışmış, Apollon kosmik gəmiləri üçün eniş yerinin seçilməsi, astronavtlara Ay üzərində müşahidələr aparmaq və astrofotoqrafiya təlimləri keşmişdir. Hal-hazırda Boston Universitetinin (ABŞ) Məsafəli Zondlaşdırma Mərkəzinin direktorudur və həmin universitetdə tədqiqatlar aparır. Eləcə də, alim Misirdəki Eym-Şəms Universitetinin geologiya fakültəsinin dosenti, Amerika Geologiya İctimai Fondunun himayədarlar şurasının və Amerika Milli Elmlər Akademiyasının (Vaşinqton, Kolumbiya) üzvüdür. 1989-cu ildə doktor əl-Baz Yeni İngiltərə Kollecinin elmlər doktoru fəxri adını qazanmış, 2002-ci ildə Missuri Elmi-Texnoloji Universitetinin professoru seçilmiş, 2003-cu ildə isə əl-Mənsurə Universitetinin fəxri doktoru adına layiq görülmüşdür. 2004-cü ildən Amerika Universitetinin (Qahirə, Misir) hüquq elmləri doktoru və Missuri Elmi-Texnoloji Universitetinin texniki elmlər üzrə fəxri doktorudur.

Xulusi Behcət

Görkəmli türk dermatoloqu doktor Xulusi Behcət tibbi və dermatoloji təhsilini öz vətənində almışdır. O, əvvəllər məlum olmayan bir xəstəliyin - sistemli vaskulit yaxud Behcət xəstəliyinin tarixdə ilk dəfə olaraq təsvirini vermiş, uzun müddət ərzində eyni xəstəlik simptomlarına malik olan 3 pasient üzərində müşahidələr aparmışdır. Nəticədə, yeni xəstəliyin simptomları rəsmi şəkildə yeni xəstəlik kimi qəbul edilmiş və "Behcət xəstəliyi" adlandırılmışdır. Doktor Behcət müasir revmatologiya elminin inkişafına əvəzolunmaz töhfə vermiş azsaylı dermatoloqlardan biri sayılır.

Həyat Sindi

Səudiyyə Ərəbistanından olan tibb alimi Həyat Sindi tibbi yardm və müayinənin, biotexnologiyanın inkişafına böyük töhfə vermiş alimlərdən biridir. O, Nyunhem kollecində (Kembric) biotexnologiya sahəsində elmlər doktoru rütbəsini qazanmışdır, özü də Kembric Universitetində biotexnologiya üzrə təhsil alan ilk səudiyyəli qadındır. Doktor Hindi Məkkə əl-Mukərrəmə mükafatı ilə və şahzadə Xalid ibn Feysəl əl-Səudun elmi innovasiyalar üzrə təsis etdiyi pul mükavatı ilə təltif edilmişdir. O, həm də UNESCO-nun sülhməramlı səfiridir.

Həda əl-Mütayri

Kimyəvi əczaçılıq üzrə səudiyyəli professor Həda əl-Mutayri Amerikada doğulmuşdur. O, təkcə alim deyil, həm də ixtiraçı və iş adamıdır. Alim Kaliforniya Universitetində elmlər doktoru adını qazanmış, nanotibb, nanotexnologiyalar, kimya və polimer elmlər üzrə tədqiqatlar aparmışdır. Doktor Mutayri kimya sahəsində əldə etdiyi uğurlara görə çoxlu mükafatlarla təltif olunmuşdur.

Mustafa əl-Səid

Florida Universitetinin (ABŞ) professoru Mustafa əl-Səid Yel, Harvard və Kaliforniya Texnologiya Universitetinin əməkdaşıdır. O, başçlıq etdiyi qrupla birlikdə müxtəlif kimya, biofizika, nanoelm və nanotexnologiya sahələrində tədqiqatlar aparmışdır. Tanınmış elmi nəşrlərdən sayılan Science Watch bütün dünya üzrə kimyaçıların reytinqində ona dördüncü yer vermişdir. Alim 2007-ci ildə milli mükafata layiq görülmüş, 2009-cu ildə Misir Respublikasının medalı ilə təltif edilmişdir.

Pia.az


Etiket: Müsəlman alim

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar