Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda növbəti “JARA” festivalı başlayır

“JARA” festivalı ildən-ilə daha maraqlı və miqyaslı olur

"Report” xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov Bakıda növbəti “JARA” musiqi festivalının başlamasına həsr olunan mətbuat konfransında bildirib.

“Bu il ciddi hazırlaşmışıq, üçüncü səhnəni tikib qurtardıq. Festivalda hər gün 70-dək artist çıxış edəcək”, - deyən müğənni Bakı tamaşaçılarının qədirbilən olduğunu də qeyd edib.

Gələn il “Jara America” festivalının keçiriləcəyini deyən Emin Ağalarov həmin tədbirə Avropa, Türkiyə, ABŞ müğənnilərinin dəvət olunacağını diqqətə çatdırıb.


Bakı təəssüratlarını və festival ərəfəsində əhvalını bölüşən Rusiyanın Xalq artisti Filip Kirkorov da bu dəfəki festivalda həmvətəni Yulia Zivertlə duetdə çıxış edəcəyini qeyd edib: “Bu ilki festivalda təcrübəli müğənnilər gənclərlə birgə oxuyacaq, özü də onların mahnılarını ifa edəcəklər. Biz də Yulia ilə onun mahnısını oxuyacağıq. Ümumiyyətlə, “JARA”nın fərqi daim keçirilən sınaq proqramlarıdır. Məsələn, sabah Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə çox maraqlı duetimiz olacaq”.

Rusiyanın daha bir müğənnisi Lolita da Bakı festivalının təşkilat işinə yüksək qiymət verib. Rusiyanın Əməkdar artisti Qriqoriy Leps də “JARA” festivalını müasir musiqi sənətinin mənzərəsini əyani görmək baxımdan yaxşı fürsət olaraq dəyərləndirib.


Qeyd edək ki, Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqoriy Leps, Rusiyanın “Qızıl qramofon” mükafatı laureatı Sergey Kojevnikov tərəfindən təşkil olunan “JARA” festivalı artıq 4-cü dəfədir keçirilir. Belə ki, 25-28 iyul günləri Nardaran qəsəbəsi yaxınlığındakı “SeaBreeze” istirahət mərkəzində keçirilən festival çərçivəsində "non stop" formatda əyləncələr təklif olunan 80-dən artıq müğənninin möhtəşəm konsertləri, defilelər, işıqlı şou, axşam qürubu rəqsləri əsrarəngiz, başqa musiqi festivallarda görünməyən ab-hava yaradır. Üstəlik bu dəfəki festivalda dəniz qırağındakı əsas səhnədən əlavə iki hovuz və daha iki geniş səhnə quraşdırıldığı, nahar və VİP məkanlarının genişləndirildiyi bildirilir, nəticədə rekord göstəricilər əldə etmək hədəflənir.

Pia.az

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar