Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vyanada fövqəladə toplantı keçiriləcək

İranın nüvə proqramı ilə bağlı

İyulun 28-də Avstriyanın paytaxtı Vyanada İranın nüvə məsələsi ilə bağlı razılaşmaya dair fövqəladə toplantı keçiriləcək.

“Report” Türkiyənin “NTV” televiziyasına istinadən xəbər verir ki, toplantıya ABŞ istisna olmaqla, Avropa İttifaqı, Almaniya, Böyük Britaniya, Rusiya və Çinin rəsmi təmsilçiləri qatılacaq.

İclasda Avropa İttifaqını xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini təmsil edəcək.

Toplantıya Avropa İttifaqının xarici əlaqələr xidmətinin baş katibi Helqa Mariya Şmid sədrlik edəcək.

Yığıncaqda 2015-ci ilin iyulunda “altılıq” ölkələri və Avropa İttifaqı ilə İran arasında imzalanmış Əhatəli Razılaşma Planı müqaviləsi ətrafında yaranmış böhrandan çıxış yolları müzakirə ediləcək.

Qeyd edək ki, ABŞ bu müqavilədən çıxıb. İran da beynəlxalq vasitəçiləri anlaşmanı tərk edəcəyi ilə hədələyir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar