Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fars körfəzində III dünya savaşı yetişir

Amerika Tehranı açıqca fitnəkar hərəkətlərə vadar edir

Anton Çablin

svpressa.ru, 23.07.2019

ABŞ-da start götürən seçki kampaniyası Donald Tramp administrasiyasının açıqca tamdəyərli savaşa təhrik etdiyi İranla bu ölkənin münasibətlərinin kəskin sərtləşdiyini göstərir. Ştatların elektoratının Yaxın Şərqdəki “ümumi düşmənə” qarşı səfərbərliyi yeni mühafizəkarlara əlverişlidir.

Bir tankeri ələ keçirib, ikincisinə cəhd ediblər

Fars körfəzindəki durum sürətlə yeni savaşa doğru hərəkətlənir. Amerikanın USS “Boxer” (LHD-4) esminesi iyulun 18-də İranın Hörmüz boğazı üzərində səmada keşik çəkən pilotsuzunu vurub. Növbəti gün isə cavabında İran İnqilab Qvardiyasının döyüşçüləri özəl əməliyyat keçirib və Britaniyanın “Stena Impero” neft tankerini ələ keçiriblər.

Sonra həmin sularda başqa bir tankerin də – Liberiya bayrağı altında üzən “Mesdar”ın ələ keçirildiyi haqda məlumat gəlib. Amma göyərtəyə, vur-tut, silahlı adamlar qalxıb, bir neçə saatdan sonra gəmini tərk ediblər. Amma, budur, göyərtəsində müxtəlif ölkələrdən (Hindistan, Rusiya, Latviya və Filippin) 25 heyət üzvü olan “Stena Impero” Hörmüzqan əyalətində İranın ərazi sularına göndərilib.

Təbii, İranın hərəkətləri Britaniya isteblişmenti təmsilçiləri arasında qəzəb doğurub. Məsələn, Böyük Britaniya Gəmiçilik Palatasının sədri Bob Sanginetti Fars körfəzindən keçən ticarət gəmilərini qorumağı gücləndirməyə çağırıb.

Tehran Britaniya tankerinin saxlanmasının rəsmi səbəblərini indiyədək göstərməyib. Guya o, beynəlxalq üzmə qaydalarını pozaraq izləmə sistemini ayırıb və İranın balıqtutan gəmisini taranlayıb. Çox ehtimal ki, İranın hərəkəti Londonun hərəkətinə reaksiya olub: Britaniya dəniz piyadaları ayyarım qabaq Hibraltarda İran tankerini ələ keçiriblər. Britaniya hökuməti o zaman bildirib ki, neft tankerinin heyəti Avropa Birliyinin Suriyaya istənilən neft tədarükünə qarşı qoyduğu sanksiyaları pozub. Hibraltar Ali Məhkəməsi iyulun 19-da qərar verib ki, İran tankeri daha 30 gün saxlanmalıdır. Bu da Tehranın qəzəbini doğurub. Nəticədə Britaniyanın bir tankerini ələ keçirməyə və digərini götürmək cəhdinə dönüb.

Qərbdə neokonlar “kiçik, qələbə savaşı” istəyirlər

Karnegi Fondunun baş elmi işçisi Kərim Səcadpur hesab edir ki, (Köhnə Dünyada İranla 2015-ci il “nüvə sazişi”ni saxlamağı tələb edən, az qala, sonuncu dövlət) Böyük Britaniya ilə ikitərəfli münasibətlərin kəskinləşməsi İrana əlverişli deyil. Səcadpurun fikrincə, əslində, tankerlərlə insident Böyük Britaniyanı şantaj etmək cəhdidir. Hansı ki öz növbəsində “nüvə sazişi”ni saxlamaqda ABŞ-a basqı göstərmək durumundadır.

İstənilən halda bu məsələdə əsas oyunçu bölgəni qabacasına yeni savaşa hərəkətləndirən ABŞ olaraq qalır. Bu, hər şeydən qabaq, 2020-ci il prezident seçkilərini udmaq niyyətində olan Donald Trampın ən yaxın çevrəsindəki respublikaçı neokonlara əlverişlidir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton hər şeydən qabaq xüsusən də bu hədəfi nəzərdə tutaraq gizlətmir ki, bütün vasitələrlə İran siyasi rejiminin çöküşünə nail olacaq. Bu da Trampın sözsüz və önəmli xarici siyasət qələbəsi kimi görünəcək.

Deyəsən, İranı dəfələrlə “terrorun baş qaynağı” adlandıran Bolton üçün Tehranda rejimi dəyişdirmək fiks ideyadır. Hesab olunur ki, Amerikanın iki esminesi məhz onun təşəbbüsü ilə Hörmüz boğazına yerləşdirilib. Müşavir indi isə Trampdan İrana qarşı “boğucu” sanksiyalara da israrla nail olmağa çalışır. Belə ki, savaş başlamaq üzrədirsə, onu başladan adamın adını dəqiq biləcəyik.

Professor Roşin: savaş günbəgün yaxınlaşır

İran dənziçiləri tərəfindən Britaniya tankeri saxlandıqdan sonra Körfəzdə aşıqca yeni savaşın başlanğıcına yaxınlaşırıq. Bu dəfə İranla. İranlıların sözlərinə görə, “Stena Impero” tankeri saxlanıb, çünki guya İranın ərazi sularına qanunsuz girib. Amma biz bilirik ki, Fars körfəzində son zamanlar tankerlərlə bağlı problemlər sıxlaşıb, – Rusiya EA Şərqşünaslıq İnstitutunun baş elmi işçsi, professor Mixail Roşin “Svobodnaya pressa”ya danışır. – Amerikalılar savaş üçün yeni koalisiyanı fəal toplamağa başlayıblar. Və həmişəki kimi, Britaniya ona birinci qoşulmağa hazırdır.

Bu zaman, bəlli olduğu kimi, növbətçi qaydada Rusiyanın ünvanına ittihamlar yağıb. Nə qədər ki Britaniya hökumətinə Tereza Mey başçılıq edir, bu, təəccüblü deyil.

-Bir ay əvvəl həmin en dairələrində Norveç və Yaponiya tankerlərinə hücumdan sonra tezliklə savaşın başlanacağını proqnozlaşdırmışdınız…

–Və Fars körfəzində savaş gündən-günə daha gerçək olur. Sual onun haçan başlayacağındadır. Hansı miqyasları alacaq? Və Rusiya, Çin, son zamanlar müstəqil mövqe tutmağa çalışan Avropa Birliyi buna necə yanaşacaq?

İranla çətinlik Avropa Birliyinə dəqiq gərək deyil. Britaniyalıların AB-i də antiiran sanksiyaları qoymağa vadar etməyi isə qəribədən də qəribə görünür. Xüsusən də belə bəyanatlar Britaniyanın öz postunu tərk edən və ancaq iflaslı siyasəti ilə yadda qalan baş naziri Tereza Meyin ağzından səslənərkən.

-Savaş başlanarsa, fikrinizcə, bu, Rusiyaya hansı şəkildə təsir edə bilər?

-Bu savaş Rusiyaya qətiyyən gərək deyil. Xüsusən də Suriya münaqişəsinin qurtarmadığı, amma başa çatdığı bir şəraitdə. Yaxın Şərqdəki yeni siyasi tərtibdə İranın yerini heç kimlə əvəzləmək olmaz. İran Rusiyanın Suriyada ekstremistləri məhv etməyə xeyli səy qoyan qəliz, amma önəmli müttəfiqidir.

Və mənə hələ də aydın deyil, Rusiya barışmazları – İranABŞ-ı necə barışdıra bilərdi? İran rəhbərliyini açıqca durmadan və bilərəkdən düşünülməmiş hərəkətlərə təhrik edən amerikalılarla farsları?(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar