Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlk dəfə manatla istiqraz buraxılır - Maliyyə sektoruna hansı təsirləri olacaq?

Azərbaycan istiqrazlarını nə qədər etibarlı maliyyə vasitəsi hesab etmək olar?..

İqtisadçı-ekspert: “İstiqrazlardan yüksək faiz gözləmək də sadəlövlük olardı. Çünki, faiz göstəricisi nə qədər yüksək olarsa dövlət də, bir o qədər çox faiz ödəməli olacaq”.

“Hazırda dövlət istiqrazlarının gəlirliyinə təsir edən əsas amil kimi sifarişçilərin sayının çox olması göstərilir. Çünki, istiqrazları vətəndaşlarla yanaşı, banklar, investisiya və sığorta şirkətləri də əldə edirlər. Yəni tələb çoxdur, təklif isə yalnız Maliyyə Nazirliyinin əlindədir”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova Azərbaycanda ilk dəfə manatla istiqrazların buraxılması Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu manatla istiqraz buraxacaq. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və beynəlxalq investorların bazara diqqətinin artırılması məqsədilə Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzunmüddətli sıx əməkdaşlığı nəticəsində onlardan birinin ölkədə ilk dəfə milli valyutada (manatda) istiqrazları emissiya ediləcək.

Məlumatda deyilir ki, MBNP iyulun 16-da Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 10 milyon manatlıq istiqraz emissiyasını dövlət qeydiyyatına alıb. Bu rəqəmin ilin sonuna qədər 50 milyon manata çatdırılması nəzərdə tutulur.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdiriləcək.

Manatla istiqrazların buraxılması ölkənin maliyyə sektorunda və fond birjasında hansısa canlılıq və yeniliklər yarada bilərmi? Ümumiyyətlə Azərbaycan istiqrazlarını nə qədər etibarlı maliyyə vasitəsi hesab etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovaya müraciət edib.

Vüsalə Əhmədova: “Dövlət istiqrazlarından Azərbaycanda daha çox dövlət, Türkiyədə isə daha çox investorlar qazanır”.

İstiqrazlar sahiblərinə faiz və diskont formasında gəlir gətirdiyini vurğulayan iqtisadçı-ekspert bildirib ki, istiqrazların bank depozitlərindən əsas fərqi oldur ki, qazanılmış faiz gəlirlərini tam həcmdə özündə saxlamaqla onları müddətindən əvvəl bazarda satışa çıxarmaq olur. Gəlirliyi isə depozitlərdən daha aşağıdır və əsasən 5-8% arasında dəyişir:

“Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 16 iyul 2019-cu il tarixində Qara Dəniz Ticarət və İnkişaf Bankının ilkin mərhələdə ümumi məbləği 10 milyon manat olan yerli valyutada istiqraz buraxılışı dövlət qeydiyyatına alınıb. Həmçinin, Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən növbəti bir il ərzində də ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur.

Məlumat üçün nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycanda dövlət qiymətli kağızları iki cürdür. Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları və Mərkəzi Bank tərəfindən buraxılan qısamüddətli notlar. Dövlət istiqrazları qısa müddətli (1 ilədək), orta müddətli (2-3 il arası), uzun müddətli (5 ildən çox) olaraq buraxılan və əsasən də, büdcə kəsirinin maliyyələşdirilməsi məqsədini daşıyan likvid investisiya alətidir. Mərkəzi Bank tərəfindən buraxılan notlar isə pul kütləsinin tənzimlənməsi aləti sayılır. İpoteka istiqrazları da var ki, əsasən Azərbaycanda fəaliyyət göstərən banklar və İpoteka Fondu tərəfindən buraxılır.

Vüsalə Əhmədova: “Hazırda dövlət istiqrazlarının gəlirliyinə təsir edən əsas amil kimi sifarişçilərin sayının çox olması göstərilir”.

İstiqrazlar sahiblərinə faiz və diskont formasında gəlir gətirir. İstiqrazların bank depozitlərindən əsas fərqi oldur ki, qazanılmış faiz gəlirlərini tam həcmdə özündə saxlamaqla onları müddətindən əvvəl bazarda satışa çıxarmaq olur. Gəlirliyi isə depozitlərdən daha aşağıdır və əsasən 5-8% arasında dəyişir. Hazırda dövlət istiqrazlarının gəlirliyinə təsir edən əsas amil kimi sifarişçilərin sayının çox olması göstərilir. Çünki, istiqrazları vətəndaşlarla yanaşı, banklar, investisiya və sığorta şirkətləri də əldə edirlər. Yəni tələb çoxdur, təklif isə yalnız Maliyyə Nazirliyinin əlindədir.

Düşünürəm ki, istiqrazlardan yüksək faiz gözləmək də sadəlövlük olardı. Çünki, faiz göstəricisi nə qədər yüksək olarsa dövlət də, bir o qədər çox faiz ödəməli olacaq. Müqaisə üçün bildirim ki, Türkiyədə dövlət istiqrazları illik 13-30% arasında gəlir gətirir. Belə demək olarsa, dövlət istiqrazlarından Azərbaycanda daha çox dövlət, Türkiyədə isə daha çox investorlar qazanır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar