Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Amerikadan birdəfəlik üz döndərir?

Putinin NATO-nu parçalamaq planı reallaşır

NATO-nun iki üzvü arasındakı münasibətlərin pisləşməsi Tramp administrasiyasının Amerikanın ən mükəmməl qırıcısının Türkiyəyə verilməsini ləğv etməsindən sonra başlayıb. Bu, Türkiyə prezidenti Ərdoğanın Rusiyanın S-400 zenit-raket kompleksini almasına qarşı atılmış addımdır.

Rusların bu Hava Hücumundan Müdafiə sistemi NATO sistemlərinə uyğun gəlmir. S-400 dünyadakı ən yaxşı silah növlərindən biri hesab olunur və bu sistem bir neçə hədəfi eyni anda həm izləyə, həm də vura bilər.
Pentaqon məmurları bildirirlər ki, Türkiyənin bir neçə milyard dollarlıq F-35 LightningII qırıcı təyyarə proqramından xaric edilməsi qaçılmazdır. Amerikanlar deyirlər ki, ruslyalı texniki ekspertlər beş il ərzində türklərə S-400 silah sisteminin istismar olunmasına yardım edəcəklər və ona görə də onlar super görünməz F-35 təyyarələrinin məxfi texnologiyası barəsində məlumat toplaya bilərlər.

S-400-lər işlək vəziyyətə gətiriləcək, artıq ilk detallar Türkiyəyə gətirilib. Bundan sonra Türkiyə artıq tam mənasıyla NATO-nun Hava Hücumundan Müdafiə sisteminin bir parçası olmayacaq.

ABŞ orduları qərargah rəisinin keçmiş müavini və prezident Trampın müstəqil müşaviri general Cek Kin “The Times”-a deyib: “ABŞ-ın F-35 proqramını dayandırması düz addımdır, amma indi NATO-da real problem meydana gəlib. S-400-lərin alınması NATO-nun siyasətinin ziddinədir və qəbuledilməzdir. NATO ölkələri arasında bu cür gərginlik bir neçə onillikdir ki, baş verməyib. Bütün bunlara baxmayaraq, alyansın yeganə müsəlman ölkəsi olan Türkiyə, Yaxın Şərqə və Asiyaya açılan yolda NATO üçün strateji cəhətdən öz dəyərini və mühümlüyünü saxlayır”.

Pentaqonun yüksək vəzifəli keçmiş məmuru və ABŞ-ın Türkiyədəki səfiri Erik Edelman deyib: “ABŞ və Türkiyə arasındakı münasibət ciddi böhrana qədəm qoyur və mən onun dərin və uzunmüddətli olacağını sanıram. Müəyyən bir müddət ərzində Türkiyə NATO-nun etibarlı müttəfiqi olmayıb, lakin pis müttəfiqləri kənarlaşdırmaq mexanizmi yoxdur. Türkiyə mühüm ölkədir və demokratik Türkiyə ABŞNATO-nun güclü müttəfiqi olmalıdır”.

Yüksək səviyyəli diplomatik mənbənin sözlərinə görə, Ərdoğanla Putin arasındakı sövdələşmə Rusiya prezidentinin NATO-nun dağıdılması planında öz rolunu oynayıb.

Türkiyənin S-400 alması və Amerikanın “Patriot” sistemlərindən imtina edilməsi türklərlə hərbi əməkdaşlığın davam etdirilməsinə ciddi şübhələr oyadır. Pentaqonun rəsmi nümayəndələri təkidlə deyirlər ki, F-35 təyyarələrinin Türkiyəyə çatdırılmasına qadağa qoyulması barəsindəki formal qərar, həyati mühüm strateji münasibətləri dəyişməyəcək. Lakin Türkiyə hava məkanının vacib rol oynadığı hərbi təlimlərlə bağlı suallar meydana çıxır. Həmçinin, NATO-nun İncirlik hava bazasından istifadəsi məsələsi də var.
Bir neçə aydır ki, Pentaqon Türkiyəyə xəbərdarlıqla bildirib ki, S-400 sistemlərinin alınması, onların F-35 proqramında iştirakını təhlükəyə atır, lakin görünür Ağ Evdən gələn ziddiyyətli siqnallar Ərdoğanda bu təyyarləri hər halda ala biləcəkləri əminliyini yaradıb.

Türkiyənın aldığı dörd ədəd “F-35” təyyarəsi hələ də ABŞ-dadır və çox güman ki, bu təyyarələr elə orada da qalacaq. Sifariş olunan 100 təyarrə ilə bağlı sövdələşmə isə ləğv edilir. Arizona ştatının “Lyuk” aviabazasında hazırlıq keçən türk təyyarəçilərinə və uçuş heyətinə 31 iyul tarixinə kimi ABŞ-ı tərk etmək əmr olunub.

Həmin qərarın iqtisadi nəticələri də olacaq. Belə ki, Türkiyə istehsalçıları çoxməqsədli F-35 döyüş təyyarəsi üçün 900-dən artıq detal hazırlayırlar. İndi ABŞ bu hissələrin hazırlanması məqsədiylə F-35 proqramı çərçivəsində əməkdaşlıq aparan digər ölkələrə müraciət edəcək. Bu keçid əməliyyatı üçün 600 milyon dollar sərf etməli olacaqlar.

S-400 raketləri ətrafında ən çox verilən suallar və onların cavabları:

- Nəyə görə Ərdoğan Rusiyanı öz ənənəvi müttəfiqlərindən üstün tutur?

Türkiyə və Rusiya Suriyadakı müharibənin əks cəbhələrində dayanmışdılar. Lakin prezident Obama Suriyaya müdaxiləyə razı olmadı və nəticədə üç milyon qaçqın Türkiyəyə sığındı. Türkiyə qaçqın axınının önünü kəsməyə və şərqi Suriyadakı kürd yaraqlılarına qarşı mübarizəyə başladı. Türkiyə gördü ki, bu məsələdə Rusiya Amerikadan daha çox kömək edə bilər.

- Türkiyə NATO-nu tərk edəcəkmi?

Bu, çox az ehtimal olunan versiyadır. Lakin verilən məlumatlara görə, Rusiya həmçinin Türkiyəyə təkmilləşdirilmiş yeni “Su-57” qırıcı təyyarəsi almağı təklif edir. Əgər bu belədirsə, onda NATO ilə Türkiyənin arasındakı aralanma geri dönüşsüz olacaq. NATO belə həsas regionda Türkiyəni dəyərli üzv və tarixi baxımdan Qərbyönümlü güc hesab edir. Türkiyə və Rusiya köhnə rəqiblərdir, ona görə də, Qərb strateqləri ümid edirlər ki, Ankaranın Moskva ilə münasibətlərinin yenidən qurulması fundamental yox, qısamüddətli və taktiki olacaq. (“The Times”-Böyük Britaniya)

“AzPolitika”nın əlavəsi: Baş verən hadisələrin izahı səthi aparılır və bəlkə də, bilərəkdən dərindəki detallara toxunmaq istənilmir. Əvvəla, sual verilə bilər ki, ABŞ nəyə görə bir neçə il bundan öncə Türkiyəyə “Patriot” zenit sistemləri verməkdən imtina etmişdi. Deyirlər ki, buna Obama administrasiyası razı deyildi. Axı, bu tutarlı dəlil deyil. Onda belə çıxır ki, ABŞ-ın bir dövlət kimi öz müttəfiqlərinə münasibətdə fundamental strateji planı yoxdur? Hansısa yeni prezident gəlir və hər şey büsbütün dəyişir?

Düzdür, biz İranın nüvə proqramı məsələsində ABŞ kimi böyük dövlətin 180 dərəcə necə döndüyünün şahidi olduq. Yaxşı, amma Tramp “Patriot” sistemlərinin Türkiyəyə verilməsinə köklü etiraz bildirməyib, F-35 təyyarələri ilə olan məsələdə isə xeyli irəliləyiş vardı.

Digər yandan ABŞ deyir ki, S-400 sistemləri olan ölkəyə F-35 təyyarələrinin verilməsi texnoloji-kəşfiyyat baxımından mümkün deyil. Bəs necə olur ki, Yunanıstan artıq bir neçə ildir ki, Rusiyanın S-300 sistemlərini silahlı qüvvələrinin döyüş cərgəsinə qoşub?

Bəli, gördüyümüz kimi suallar meydana çıxdıqca məsələnin necə mürəkkəb olduğu aydınlaşır. S-400-lərlə bağlı sövdələşmədən yalnız bir məntiq çıxır: Türkiyə konkret olaraq hava sahəsinin qorunmasında NATO-ya güvənmir.

Bəs, Rusiyaya güvənmək olar, belə bir təminat varmı? Moskva ilə Ankaranın yaxınlaşmasından hələlik Türkiyənin ciddi bir fayda əldə etməsi görünmür. İqtisadiyyat geriləyib, Suriyanın şimalındakı YPG və PYD öz yerində qalıb, İdlibi bombalayırlar. Rusiya isə həm silahını satıb pul qazanır, həm də Türkiyəni özündən asılı vəziyyətə salır.(azpolitika)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar