Şənbə, 24 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Mətbuat Şurasının “Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatı… 

İlk laureatları təltif olunub

İyulun 22-də milli mətbuatımızın 144 illiyi ilə bağlı keçirilmiş təntənəli mərasimdə Azərbaycan Mətbuat Şurasının “Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatının ilk laureatlarının adları açıqlanıb.

Strateq.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov sosial şəbəkədəki səhifəsində yazıb.

Mükafatı laureatlara Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri, professor Əli Həsənov təqdim edib.

Əflatun Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası mediada peşə prinsiplərinin qorunması, media məkanımızın saflaşdırılması istiqamətində tədbirlər reallaşdırmaqla yanaşı, milli mətbuat tariximizin öyrənilməsində müstəsna xidmətləri olan şəxslərin əməyinin qiymətləndirilməsinə də böyük önəm verir. Mükafatının təsis edilməsində də məqsəd budur.

Ə.Amaşov çıxışında laureatların Azərbaycanın mətbuat tarixinin öyrənilməsinə verdikləri böyük töhfələrdən bəhs edib. Onların əməyinin qiymətləndirilməsinin son dərəcə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatının ilk laureatı klasssik mətbu irsimizin tədqiqindəki xidmətlərinə, jurnalistika sahəsindəki uzun müddətli səmərəli elmi fəaliyyətinə görə seçilmiş Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, böyük alim mərhum Şirməmməd Hüseynovdur.

Mükafatın növbəti laureatı milli mətbuat tariximizdə müstəsna rol oynamış böyük şəxsiyyət Cəlil Məmmədquluzadənin irsinin ən fəal tədqiqatçılarından olan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, professor İsa Həbibbəyli olub.

“Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatının daha bir laureatı isə milli mətbuatımızın banisi Həsən bəy Zərdabi irsinin tədqiqatçısı, Zərdabişünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira xanım Cavadovadır.

Pia.az


Şərh yazın.

loading...