Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyonluq tenderləri kimlər qazanır?

Son günlər mediada müzakirə edilən məsələlərdən biri də dövlət satınalmaları ilə bağlı keçirilən tenderlərdir

Bu məsələ növbəti dəfə gündəmə Səhiyyə Nazirliyinin Ucar rayonunun Mərkəzi Xəstəxanasının bir illik dəftərxana xərci üçün keçirilən 10 milyon manatlıq tender oldu. Ardınca ayrı-ayrı dövlət qurumlarının fantastik məbləğdə olan bu kimi tender oyunları ortaya çıxdı.

Mövzu ilə bağlı “Yeni Sabah”a danişan millət vəkili Vahid Əhmədov deyir ki, əslində, bu məsələ heç vaxt gündəmdən düşmür. Hətta tenderlərlə bağlı xüsusi qanun qəbul olunub, hökumət, Nazirlər Kabineti tərəfindən təsdiq edilib, amma buna məhəl qoyan dövlət qurumu yoxdur:

“Hamı istədiyi tenderi istənilən səviyyədə keçirir. Orada müəyyən narazılıqlara baxmayaraq, öz istədikləri adamlara tenderi uddururlar və həyata keçirirlər.

Fikir verin, həmişə ildə bir dəfə Hesablama Palatasının hesabatı bizə gəlir. Həmin hesabatda tenderlərlə əlaqəli çox ciddi iradlar var.

Ümumiyyətlə, satınalmalarla əlaqəli olaraq iradlar mövcuddur. Satınalmaların düzgün keçirilməsi, tenderlərin düzgün aparılması və.s bu kimi məsələlər. Əvvəllər satınalmaları həyata keçirən ayrıca bir orqan var idi. İndi isə hamısı İqtisadi İnkişaf Nazirliyinin tabeliyindədir, onlar həyata keçirirlər. Amma yenə də burada tam şəffaflıq təmin olunmur.

Düzdü, elan verirlər ki, orada-burada tender var. Amma sonradan məlum olur ki, tenderdə iştirak edib əsas qalib gələn tərəf tenderi aparan təşkilatın rəhbərinin ya qohumudur, ya onlara yaxın adamdır və.s. Bu artıq adi hala çevrilib”.

V. Əhmədov hesab edir ki, tender keçirilməsi zamanı şəffaflığın təmin olunmasında hökumət daha ciddi addımlar atmalıdır: “Bunun üçün ciddi nəzarət mexanizmi həyata keçirilməlidir. Qeyd etdiyim kimi Hesablama Palatasının bizə verdiyi bütün hesabatlarda satınalmamalarla bağlı çox ciddi problemlər üzə çıxır. Onlara xəbərdarlıq edilir, müəyyən cərimələr verilir, işlər mühafizə orqanlarına göndərilir və.s. Amma yenə də durum dəyişməz olaraq qalır.

Yəni bu tenderin keçirilməsi məsələlərini müasir səviyyədə qurmağa ehtiyac var. Burada əsas şəffaflıqdır. Kimin imkanı var, kim uda bilirsə, qoy udsun. Kim aşağı qiymət qoyursa, kim keyfiyyəti yüksək olan tenderdə qalibedici şərtləri ödəyirsə, o qalib gəlməlidir. Bu hallar mövcuddur.

Mən bunu deyəndə bəzən bəzilərinin xoşuna gəlmir. Amma mən mətbuata açıq adamam. Ümumiyyətlə, korrupsiya halları bir çox islahatın həyata keçirilməsinə rəğmən bitmək bilmir. Yəni gedən iqtisadi islahatların məqsədi nədən ibarətdir? İlk olaraq iqtisadi artım olsun.

İkincisi də bu korrupsiya, rüşvət, monopoliya aradan qaldırılsın. Faktiki olaraq deyərdim ki, tenderlər tenderi keçirən rəhbərin monopoliyasındadır. İstədiyi adama tenderi verir və şərtləri əvvəlcədən razılaşdırırlar və s. Belə hallar çoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar