Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyində İctimai Şura yaradıldı - Şəffaflıq təmin ediləcək?

Təhsil üzrə ekspert: “Adətən ali təhsil müəssisələrində ictimai nəzarət və məsləhət şuraları yaradılırsa, ilk növbədə məqsəd keyfiyyətli təhsilə və tədrisə nail olmaqdır”

Təhsil Nazirliyinin yanında yaradılacaq İctimai Nəzarət və Məsləhət Şurası təhsil sistemində həyata keçirilən islahatlar zamanı şəffaflığın artırılmasına xidmət edəcək”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılmasını və əldə ediləcək nəticələri PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, dünən Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb. İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurumdur.

İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Təhsil sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.

İctimai Şuraya seçkilərin təşkili məqsədilə Təhsil Nazirliyinin 4 və təhsil sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət seçki komissiyası yaradılıb. Seçki komissiyasının ilk iclasında İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.

İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı iyulun 22-dən avqustun 23-dək davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçki prosesində seçici kimi iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblərlə nazirliyin rəsmi internet səhifəsinin elan bölməsində tanış olmaq olar.

Yaradılacaq İctimai Şura şəffaflığın təmin edilməsinə nail olunacaq?

Mövu ilə bağlı PİA.az-ın əməkdaşı təhsil üzrə ekspert Kamran Əsədovun fikirlərini öyrənib.

Kamran Əsədov: “İctimai Nəzarət və Məsləhət Şurasının yaradılması olduqca müsbət və mütərəqqi bir addımdır”.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvlərinin vasitəsilə tələbələrin universitet rəhbərliyinə bir az da yaxın olacağını düşünən təhsil eksperti bildirib ki, tələbələr arşılaşdıqları hər hansı problemin həllində süründürməçilik halları ilə qarşılaşmayacaqlar:

“İlk növbədə qeyd edim ki, elə adından göründüyü kimi, Təhsil Nazirliyi yanında İctimai Nəzarət və Məsləhət Şurası Azərbaycan Respublikası “İctimai İştirakçılıq Haqqında” Qanunundan irəli gələrək yaradılıb. Bu gün ictimai iştirakçılıq, yəni vətəndaş cəmiyyətinin həyatımızın müxtəlif sahələrində cərayən edən və yaxud da baş verə biləcək neqativ halların aradan qaldırılmasında böyük rolu vardır.

Şuranın yaranmasında məqsəd vətəndaşların müəyyən proseslərdə bir çox narahatedici məqamlarda təhsildə, elmdə, səhiyyədə, düzgün işinin təşkil olunması, nizam intizamın formalaşması və eyni zamanda günün tələbinə uyğun olaraq yeni bir innovativ tədbirlərin, proseslərin, yeni texnologiyaların, yeni münasibətlərin formalaşması üçün öz təklif və rəylərini səsləndirmək üçün tribunanın yaradılmasıdır.

Kamran Əsədov: “Yaradılan bu Şura, eyni zamanda tələbə, müəllim və valideynlər arasında körpü rolunu oynayacaq”.

Təbii ki, “İctimai İştirakçılıq Haqqında” qanunun tələblərindən irəli gələrək bir çox ali təhsil müəssisələrində ictimai nəzarət və Məsləhət Şurası yaradılmışdır, eyni zamanda Təhsil Nazirliyi də bu prosesə qoşularaq nazirliyin yanında İctimai Nəzarət və Məsləhət Şurası yaratdı. Təbii ki, ictimai nəzarət və məsləhət şuralarının yaradılması önəmli bir məsələdir. Adətən ali təhsil müəssisələrində ictimai nəzarət və məsləhət şuraları yaradılırsa, ilk növbədə məqsəd keyfiyyətli təhsilə və tədrisə nail olmaqdır. Universitet rəhbərliyi tədris prosesində hansısa bir məqamlar haqqında daha səlis informasiyaya malik olmaq istəyir. İctimai Nəzarət və Məsləhət Şurasının üzvlərinin vasitəsilə tələbələr universitet rəhbərliyinə bir az da yaxın olacaq. Qarşılaşdıqları hər hansı problemin həllində süründürməçilik halları ilə qarşılaşmayacaqlar.Yaradılan bu Şura, eyni zamanda tələbə, müəllim və valideynlər arasında körpü rolunu oynayacaq. Tədrisin keyfiyyəti onun peşəkar qiymətləndirilməsindən asılıdır.

Hesab edirəm ki, Təhsil Nazirliyinin yanında yaradılacaq İctimai Nəzarət və Məsləhət Şurasının qarşıda görəcəyi əsas işi Təhsil Nazirliyində gedən proseslərin, görülən işlərin fayda və səmərəsini ortaya çıxarmaqdır. Şura üzvləri hər biri öz sferasında apardıqları müşahidələrdən sonra öz rəy və təkliflərini nazirliyin rəhbərliyinə çatdıracaqlar. Düşünürəm ki, Təhsil Nazirliyinin yanında yaradılacaq İctimai Nəzarət və Məsləhət Şurası təhsil sistemində həyata keçirilən islahatlar zamanı şəffaflığın artırılmasına xidmət edəcək. İctimai Nəzarət və Məsləhət Şurasının yaradılması olduqca müsbət və mütərəqqi bir addımdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar