Salyan rayonunda idarə rəisi iş otağında dünyasını dəyişib
“Report”un Aran bürosu xəbər verir ki, hadisə “Azərpoçt” MMC-nin Salyan filialında baş verib.
Belə ki, filialın rəisi, Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlu otağında dünyasını dəyişib.
Qeyd edək ki, E.Mehdiyev bu vəzifəyə kimi bank sistemində rəhbər vəzifələrdə işləyib.
pia.az