Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: “Enerji ehtiyatlarımızın bizə dost münasibəti bəsləyən ölkələrdən keçməklə nəqlini istəyirik”

Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov çıxışı zamanı deyib

“Enerji ehtiyatlarımızın Azərbaycana ən çox dost münasibəti bəsləyən və dəstəkləyən ölkələrdən keçməklə nəql olunmasını istəyirik”.

APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, bunu Xarici İşlər naziri Elmar MəmmədyarovXəzər hövzəsində və ətrafında enerji balansı siyasəti” mövzusunda 13-cü illik Bakı Yay Enerji Məktəbində çıxışı zamanı deyib.

“Siyasi baxımdan yanaşsaq, boru kəməri enerji təhlükəsizliyi ilə bağlı danışıqların ən çox intensivləşdiyi yerdir. Amma bu proses yaradıcı və siyasi cəhətdən sağlam olmalıdır. Heç bir boru kəməri layihəsi siyasi cəhətdən sağlam quruluşa malik olmazsa, kommersiya baxımından uğurlu ola bilməz. Enerji təhlükəsizliyimizin arxitekturasının başqa bir təməlini, yəni boru kəmərlərinin diversifikasiyasını unutmamalıyıq. Şəbəkə nə qədər geniş olarsa, enerji axınında yaranan problemlərlə üzləşərkən daha az risklər meydana çıxar”, - nazir vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar