Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Davudoğludan Ərdoğana qarşı ittiham: “Bu artıq əxlaqsızlıqdır”

Davudoğlunun bu etirafları göstərir ki, Türkiyənin Suriya qaçqınları və Ərəb Baharı ilə bağlı siyasətində əsas günahkar AKP iqtidarıdır...

Orhan Uğuroğlu
“Yeniçağ” qəzeti, Türkiyə, 22 iyul 2019-cu il

Niyə jurnalistlər bu barədə yazmırlar? İnanın başa düşmürəm, amma mən Əhməd Davudoğlunun Ərdoğanı “əxlaqsızlıq”da ittiham etdiyini yazmışam.

Əvvəlcə xatırladım ki, 18 iyulda “Babacandan və ya Davudoğludan lider ola bilərmi?” başlığı altında qısaca belə yazdım: “Davudoğlu Suriya siyasəti məsələsində ittiham olunur və bilirəm ki, əgər bir gün bunlara cavab versə, ortaya fərqli bir mənzərə çıxacaq. Əgər Suriya siyasətində günahkar deyilsə, o niyə həmin tarixdə AKP-dən və vəzifəsindən ayrılmadı? Mən də bu sualın cavabını ondan eşitmək istəyərəm.”

O gün gəlib çatdı. Davudoğlu dəyərli həmkarlarımdan Yavuz Oğxana, İsmayıl Saymaz və Akif Bekiyə açıqlama verib.

Davudoğlu: “Suriya məsələsindəki bütün problemləri mənim üzərimə yıxmaq istəyirlər. Bütün siyasətlərdə rəhbərlik, Baş Nazirlik, Silahlı Qüvvələr və Milli Kəşfiyyat Təşkilatı ortaq şəkildə qərar verib. Əgər özünüzü kənarda tutub, hər şeyi bir nəfərin üstünə yıxsanız, bu artıq əxlaqsızlıqdır”, deyir...

Bəli, Davudoğlu çox konkret şəkildə prezident Rəcəb Tayyib Ərdoğanı “əxlaqsızlıq” etməkdə günahlandırır.

Digər tərəfdən, o vaxtı “Ərəb baharı və Suriya siyasəti” məsələsində Prezident Abdullah Gül, Baş nazir Ərdoğan və Əli Babacan üçün “heç biri etiraz etmədi”, deyir.

Davudoğlunun bu etirafları göstərir ki, Türkiyənin Suriya qaçqınları və Ərəb Baharı ilə bağlı siyasətində əsas günahkar AKP iqtidarıdır.

Davudoğlunun Ərdoğana qarşı irəli sürdüyü ittihamlar bununla bitmir.

“Dəməşqdə Əməvi məscidində namaz qılmaq ifadəsini mən işlətməmişəm, kimin dediyini özünüz bilirsiniz”, deyə qeyd edir.

Niyə qorxub çəkinirsən ki? Açıq şəkildə “Ərdoğan dedi” deyə bilərsən... Sən hələ də Ərdoğandan çəkinirsən, onda qoy mən deyim. 5 sentyabr 2012-ci il tarixində Ərdoğan deyib:

“İnşallah biz qısa zamanda Dəməşqə gedəcək, Əməvi məscidində namazımızı qılacağıq”.

Davudoğlu: “Mən 3 ildir danışmadığım üçün Suriya yükünü mənim çiyinlərimə yıxmaq istəyirlər”, deyir.

Artıq çox gecdir, cənab Davudoğlu... Hələ küçəyə çıxıb 10 nəfərə bu sualları verək:

- Əməvi məscidində namazımızı qılacağıq, deyən kim idi?

- Rusiyanın təyyarəsini vuran kimdir?

- Suriya siyasətinin günahkarı kimdir?

- Türkiyəyə gələn 3,5 milyon suriyalı qaçqına görə kim məsuliyyət daşıyır?

O 10 nəfərin hər biri “Davudoğlu” deyə cavab verəcək. Yəni keçən keçib.

Lider olmaq

Açıqlamalarınızı “lider olmaq” baxımdan da dəyərləndirirəm.

“İstəyirdilər ki, mən Baş nazir olum, amma heç bir səlahiyyətim olmasın, bunu istəyən elə Prezidentimiz idi”, deyirsiniz...

Məhz buna görə həmin günü “kukla Baş nazir” tələbinə qarşı istefa versəydiniz, “Lider” olardınız (yeri gəlmişkən, Binəli İldırımı da qurban etdiniz).

Bir yandan da Suriya və Ərəb baharı məsələlərindəki xətaları görən kimi istefa versəydiniz, yenə də “Lider" olardınız...

“7 iyun 2015-ci il seçkilərindən sonra Mərkəzi Qərar Şurasında niyə səs itirdiyimizi müzakirə etdik. O heyətin böyük bir qismi CHP ilə ittifaq etmək istədi”, dedin.

13 avqust 2015-ci ildə AKP-dəki mətbuat konfransında isə bunları dedin:

“Siyasi liderlərin öz problemlərini həll edə bilməyib, Prezidentimizin araya girəcəyi bir yolla seçkilərə getməyi düzgün hesab etmirəm”.

Cənab Davudoğlu, məhz həmin gün təşəbbüsü ələ alıb CHP lideri Kamal Kılıçdaroğlu ilə koalisiya hökuməti qurub, prezident Ərdoğana təqdim etməli idiniz. Əgər Ərdoğan qəbul etməsəydi, arxanda hazır dayanan Milli Qərar Şurası var ikən AKP-ni fövqəladə komissiyaya göndərəcəkdin. Ərdoğan AKP-dən istefa vermiş bir prezident idi və sənə rəqib ola bilməzdi.

Məhz həmin gün “lider” olardın.

“Pelikan bildirişi təşkilatçı bir iş idi. Pelikan şəbəkəsi mənə hücum etdikdə partiyanın bölünməməsi, dövlətdə böhran yaranmaması üçün vəzifəmi buraxdım. Pelikan şəbəkəsi sadəcə bir piyondur, arxasında kimlərin olduğu isə məlumdur”, deyirsən.

Axı olmadı, cənab Davudoğlu. O gün “partiyasının bölünməməsi üçün” vəzifəni buraxdığını deyirsən. Bu gün isə “partiyanın bölünməsi” üçün partiya qurmaq istəyirsən.

Siyasi gələcəyinin qırılma nöqtəsi də məhz bu cümlədə gizlənib. Fövqəladə konqresdə kürsüyə yumruğunu vurub “mən də prezidentliyə namizədəm”, deməli idin. O gün lider ola bilərdin...

Cənab Davudoğlu, siyasi vaqonlarını bir-bir saydığım AKP qatarını sən çoxdan ötürmüsən. Gəl indi partiyanı qur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar