Çərşənbə axşamı, 20 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Ukraynada parlament seçkiləri – Ölkədə inqilab dönəmi bitir?..

Parlament və hökümətin tam prezidentin nəzarətinə keçməsi onu deməyə əsas verirmi ki, artıq Ukraynada inqilab dönəmi bitir və sabit inkişaf dönəmi başlayır?..

Politoloq: “Bu seçkilərdən sonra Zelenski təkcə öz partiyası ilə deyil, həm də ona yaxınlığı ilə seçilən siyasi partiayalar ilə müttəfiqlik formalaşdıraraq hökümətin uğurlu addımlar atmasına cəhdlər edəcək”.

“Ukrayna güclü oliqarxiya sisteminin uzun illərdir ki, mövcud olduğu bir ölkədir. Zelenskinin daxili siyasətinin uğur qazanması üçün ilk növbədə oliqarxlarla olan məsələlərə aydınlıq gətirməlidir”.

Bu sözləri Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov dünən Ukraynada keçirilən parlament seçkilərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Ukraynada parlament seçkiləri keçirildi və ilkin nəticələrə görə Zelenskinin partiyası parlamentin yarısını əldə edib.

Seçkilərdə 22 siyasi partiyanın nümayəndələri iştirak ediblər. Rəsmi xəbərlərə görə, səslərin 29 faizi hesablanıb. Ən son yaılan xəbərlər də isə bildirilir ki, Ukrayna Mərkəzi Seki Komissiyası parlament seçkisini baş tutmuş hesab edib. Hesablamalara əsasən, prezident Zelenskinin partiyası 42,1%, Rusiyayönlü “Həyat naminə” müxalifət platforması isə 12,7% səs toplayıb. Seçki turunu keçmiş prezident Pyotr Poroşenkonun rəhbərlik etdiyi “Avropa Həmrəyliyi” partiyası 8,64%-lə üçüncü başa vurub. Sabiq baş nazir Yuliya Timaşenkonun rəhbərlik etdiyi “Batkivşina” partiyası isə 8,01% səslə dördüncü, rokçu ulduz Svyatoslav Vakarçukun liderlik etdiyi “Qolos” partiyası isə 6,38% səslə Ali Radaya girən 5-ci partiya olub.

Seçkidən sonra Ukrayna xalqına təşəkkür edən Vladimir Zelenski çıxışında Svyatoslav Vakarçukun başçılıq etdiyi bir partiya istisna olmaqla hər hansı bir koalisiya ehtimalını imkansız hesab edib.

Kiyevdə danışan prezident Zelenski, rokçu ulduz Svyatoslav Vakarçukun başçılıq etdiyi bir partiyanı koalisiya qurma mövzusunda danışıqlar aparmaq üçün dəvət etdiyini söyləyib. Qeyd edək ki, məşhur musiqi qrupu “Okean Elzy”-nın solisti Svyatoslav Vakarçuk həm də “Holos” partiyasına liderlik edir.

Xatırladaq ki, Radada 450 yerdən 225 yerə seçki partiya siyahıları üzrə keçirilir, 225 yerə isə majoritar sistem üzrə keçirilir. Majoritar sistem üzrə 119 yerə seçkilər baş titub, qalan yerlər isə azad qalıb.

Onu da qeyd edək ki, vəzifəsinin icrasına rəsmən başlayandan dərhal sonra prezident Zelenskinin atdığı ilk addım Ukrayna parlamentinin buraxılacağı haqqında qərar olub. O, bunu ukraynalılar arasında hazırkı deputatlara etimadın aşağı olması ilə izah edib.

Bu seçkilərdə Rusiya Ukraynanın “Müxalifət platforması” partiyası və bu təşkilatın liderlərindən biri olan və Putinin “kirvəsi” olaraq tanınan Viktor Medvedçuka dəstək verib. Viktor Medvedçukun rusiyalı siyasətçilərlə sıx əlaqələri var, o eləcə də Vladimir Putinin yaxın dostudur.

Hazırda Ukrayna çox ciddi siyasi və iqtisadi problemlərlə üz-üzədir. Zelenskinin bu problemləri həll edə bilməsini mümkünolacaq? Xüsusən Rusiya ilə münasibətlərin və Donbasdakı vəziyyətin Ukraynanın maraqları çərçivəsində həllini mümkün hesabetmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Parlament seçkilərindən sonra Rusiya-Ukrayna münasibətlərində birbaşa dialoq baş tutacaq”.

Donbas məsələsinin hələ bir müddət Rusiya və Ukrayna arasında alver məsələsinə çevriləcəyini düşünən politoloq əlavə edib ki, Donbas məsələsi Rusiyanın Ukraynaya təsir elementi kimi xüsusi əhəmiyyət daşıyacaq:

“Bu seçkilər Ukrayna tarixində vacib seçkilər idi. Çünki Ukraynada parlament seçkiləri prezident seçkilərindən heç də az əhəmiyyət daşımır. Ölkənin mühüm qərarları və qanunları məhz qanunverici orqanda qəbul edilir. Təbii ki, parlament seçkilərində Zelenskinin qalib gəlməsi gözlənilən idi və seçkidən əvvəlki sosioloji sorğular, politoloq, ekspertlərin açıqlamalarında Zelenskinin 50 faizə yaxın səs toplayacağı xəbərləri verilməkdə idi.

Zelenski bundan sonra istədiklərini etməyə çalışacaq. Onun həm Donbas məsələsi, həm də Ukraynanın sosial-iqtisadi vəziyyəti, xarici siyasəti ilə bağlı fikrinin formalaşması aydındır. Bu seçkilərdən sonra Zelenski təkcə öz partiyası ilə deyil, həm də ona yaxınlığı ilə seçilən siyasi partiayalar ilə müttəfiqlik formalaşdıraraq hökümətin uğurlu addımlar atmasına cəhdlər edəcək.
Zelenskinin nə qədər uğurlu dövlət başçısı olub-olmayacağını zaman göstərəcək. Bir məsələ var ki, Zelenski bir çox liderlər kimi tək deyil. Onun yaxın ətrafının da bu və ya digər məsələlərlə bağlı baxış bucaqları olduqca əhəmiyyətlidir.

Zaur Məmmədov: “İndiki vaxtda Donbas məsələsində Ukrayna və Rusiyanın daha sakit dialoq formatının davam edəcəyini gözləmək olar”.

Zelenski Ukrayna xalqının maraqlarına nə qədər çox cavab verəcək? Bu gün Ukrayna dövləti çağırış qarşısındadır. Bu çağırış təkcə Rusiyadan deyil, eyni zamanda Şərqi Avropa ölkələri, hansılar ki, Ukrayna ilə həmsərhəddirlər onların Ukraynaya hətta ərazi iddilarının olduğunu qeyd edə bilərik. Eyni zamanda həmin ölkələr Ukraynanın Kiyevin rəsmi qaydada üz tutduğu NATO və Avropa İttifaqına üzvülüyünə qaşıdırlar.

Avropa İttifaqı və NATO üzvlüyü ilə bağlı Almaniya və Fransanın fikirləri Ukraynanın əleyhinədir. Belə bir zaman kəsiyində Zelenski hakimiyyətə gəlib.

Ukrayna güclü oliqarxiya sisteminin uzun illərdir ki, mövcud olduğu bir ölkədir. Zelenskinin daxili siyasətinin uğur qazanması üçün ilk növbədə oliqarxlarla olan məsələlərə aydınlıq gətirməlidir. Təbii ki, Donbas ərtafı, Donbas məsələsi də önəm daşıyan məsələlərdən biridir. Bu yaxınlarda Donbas əhalisinin Rusiya pasportu alması və Moskvanın bu prosesi davam etdirməsi fonunda, Minsk danışıqları çərçivəsində Zelenskinin nümayiş etdirəcəyi mövqe görəcəyik.

Düşünürəm ki, parlament seçkilərindən sonra Rusiya-Ukrayna münasibətlərində birbaşa dialoq tutacaq. Çünki Zelenski Poreşonkodan fərqli olaraq Rusiya ilə müharibə aparmayıb. Buna görə də Putinlə dil tapmaq Zelenski üçün daha asan olacaq. Eyni zamanda Rusiyada kmətbuatının tənqidi yanaşmasına baxmayaraq Rusiyada Zelenskiyə qarşı simpatiya var.

Zaur Məmmədov: “Artıq Donbas məsələsində ABŞ və Rusiya arasında müəyyən razılaşma var. Həmin səssiz, şifahi anlaşmalara görə Ukraynada bu məsələ dondurulmuş halda qalacaq”.

Donbas məsələsi hələ bir müddət Rusiya və Ukrayna arasında alver məsələsinə çevriləcək. Bu bir növ Rusiyanın Ukraynaya təsir elementi kimi xüsusi əhəmiyyət daşıyacaq. Amma eyni zamanda Donbas məsələsinin Poreşonkonun vaxtında alovlanağı ilə bağlı ehtiyatları var idisə, indiki vaxtda düşünürəm ki, Donbas məsələsində Ukrayna və Rusiyanın daha sakit dialoq formatının davam edəcəyini gözləmək olar.

Donbas məsələsi təkcə Ukrayna məsələsi deyil, bu məsələ ABŞ-ın, Avropa İttifaqının da nəzərinədir. Artıq Donbas məsələsində ABŞ və Rusiya arasında müəyyən razılaşma var. Həmin səssiz, şifahi anlaşmalara görə Ukraynada bu məsələ dondurulmuş halda qalacaq. Bunun müqabilində Rusiya Yaxın Şərq məsələlərinin bir hissəsində ABŞ-ın və müttəfiqlərinin də müəyyən istəklərini nəzərə almaqdadır. Biz bunu həm İran-ABŞ münasibətlərində, həm də Suriya məsələsində Kremlin davranışlarında aydın şəkildə sezə bilərik”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...