Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədəki yanğın sahibkarlara yarım milyon ziyan vurdu: 12 mağaza külə döndü

Bərdə rayonunda “köhnə bazar” adlanan ərazidə baş vermiş güclü yanğın nəticəsində sahibkarlara 500 min manata yaxın ziyan dəyib

Hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Axşam saatlarında “köhnə bazar” adlanan ərazidə umumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Bir anda başlayan yanğın qısa zamanda 12 mağazanı kül edib.

Sahibkarların sözlərinə görə, yanğın nəticəsində onlara təxminən 500 min manatadək ziyan dəyib.

Yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.

Qeyd edək ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülərək digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar