Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİVDF tədbirlərini bu restoranda təşkil edəcək — Tenderin yeni qalibi məlum oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib

PİA.az xəbər verir ki, tenderin elanı 16 may - 31 may 2019-cu il tarixlərdə "Xalq qəzeti"də verilib.

Eyni zamanda "www.tender.qov.az" saytında da yerləşdirilib.

Saytda yerləşdirilən məlumatda qeyd olunur ki, açıq tender proseduru 5 iyul 2019-cu il tarixdə başa çatıb, lot-5 üzrə qalib elan edilmiş fiziki şəxs-Həsənəliyev Hatif Həsən oğlu ilə 17 iyul 2019-cu il tarixdə 38530.08 (otuz səkkiz min beş yüz otuz manat səkkiz qəpik) məbləğində satınalma müqaviləsi bağlanıb.

Demokrat.az tenderin qalibi olmuş Həsənəliyev Hatif Həsən oğlu haqqında internetdə kiçik araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, Həsənəliyev Hatif Həsən oğlu paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində fəaliyyət göstərən "Altun" şadlıq sarayının sahibi olan iş adamıdır.

Qeyd edək ki, indiyədək KİVDF tədbirlərini daha çox iş adamı-iqtisadçı ekspert Mürvət Həsənliyə məxsus olan "Xəmsə" restoranında təşkil edib. Ancaq Fond əvvəllər bir neçə dəfə "Altun" şadlıq sarayında da tədbirlərini keçirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar