Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yol qəzasında işıq dirəyi aşdı, benzin yolla bir oldu - Video

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib

PİA.az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

“İsuzu” markalı yük avtomobilinin sürücüsü Dilqəm Əhmədovun APA -ya verdiyi məlumata görə, o S.Vurğun küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman Zahid Zahidzadənin idarə etdiyi “Nissan” markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən yük maşını “KİA” markalı avtomobilə dəyib. Daha sonra işıq dirəyinə çırpılıb. Nəticədə yük avtomobilinin benzin çəninə zərər dəyib. Benzin yola dağılıb.

Z.Zahidzadə isə onun qırmızı işıqdan keçmədyini bildirib. Baş vermiş hadisə ilə bağlı əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yoldakı yanacaq su ilə yuyulub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hər üç sürücünün izahatını alıb.
Fakta hüquqi qiymət ərazidə olan müşahidə kameralarının qeydə aldığı görüntülərə baxıldıqdan sonra veriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar