Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taliban” hərəkatının 18 üzvü öldürülüb - Əfqanıstanda

Əfqanıstanın müxtəlif əyalətlərində gedən hərbi əməliyyatlarda “Taliban” hərəkatının ən azı 18 nəfər döyüşçüsü öldürülüb

Azərtac Khaama Press saytına istinadla xəbər verir ki, bu məlumatı Əfqanıstan ordusundakı mənbə verib. Qeyd olunub ki, silahlı qruplaşmanın 10 döyüşçüsü Əfqanıstan ordusunun xarici ölkələrin qoşun kontingenti ilə Qəzni və Paktiya əyalətlərində keçirdiyi hərbi əməliyyatlar zamanı zərərsizləşdirilib. Belə ki, koalisiya qüvvələri Paktiya əyalətinin Saaka rayonunda “Taliban” döyüşçülərinin yerləşdiyi əraziyə hava zərbələri endiriblər. Bu ərazidə iki nəfər, Qəzni əyalətinin Curi rayonunda isə yeddi döyüşçü məhv edilib. Bundan başqa, Qəzni əyalətinin Xvadca Omari rayonunda əfqan hərbçiləri “Taliban” silahlı qruplaşmasının bir üzvünü öldürüblər. Hərbi əməliyyatlar nəticəsində dörd əldəqayırma partlayıcı qurğu da zərərsizləşdirilib.

Hərbi mənbələrdən bildiriblər ki, Uruzqan əyalətinin Xas rayonunda və Paktiyanın Hardez ərazisində hava zərbələri zamanı yeddi nəfər “Taliban” döyüşçüsü məhv edilib. Hərbçilər minalanmış avtomobili də zərərsizləşdiriblər. Kapisa əyalətinin Taqab rayonunda bir silahlı öldürülüb, çoxlu sayda “Taliban” üzvü əsir götürülüb. Hərbi əməliyyatlar paytaxt Kabildə, Gilmənd, Qunduz, Balx əyalətlərində də aparılıb. Bu əyalətlərdə silah anbarları məhv edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar