Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Turan” agentliyinin, “Ayna” və “Zerkalo” qəzetlərinin açılmasından razı qalmayan vəzifəli şəxslər var

““Turan” agentliyinin, “Ayna” və “Zerkalo” qəzetlərinin fəaliyyətlərini bərpa etməsində ölkə rəhbərliyinin ortaya qoyduğu fərqli iradə rol oynadı”

Azərbaycanın sabiq Prezidentinin mətbuat katibi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyev bir neçə gündən sonra 144 yaşı tamam olacaq Azərbaycanın Milli Mətbuatının mövcud problemləri və uğurlarından danışıb.

A.Əliyev Demokrat.Az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan mətbuatı böyük problemlər və cağırışlarla üz-üzədir:

“Bu problemlər o dərəcədə dərin və ciddi bağlara malikdir ki, biz onların qısa müddətdə həllini görə bilməyəcəyik. On illərdir ki, həmin problemlər açıq şəkildə bizi geriyə çəksələr də, hələlik dönüşün, əsaslı dəyişikliklərin şahidi deyilik. Bunun konkret səbəbləri var. Əvvəla, mətbuatı böhrandan çıxarmaq üçün islahatlar, deməli, çox ciddi iradə ortaya qoymaq lazımdır. Çünki söhbət məhz köklü dəyişikliklərdən gedir”.

O həm də deyib ki, Azərbaycan mediasını indiki vəziyyətə gətirib çəxaran şəxslər indi birdən-birə dəyişib onun irəliləməsini təmin edə bilməzlər:

“Yəni, problemlər başdan aşdığı bir vəziyyətdə, cəmi 5-6 ay bunda əvvəl “Artıq Azərbaycan mediası dünya səviyyəsinə çıxıb” söyləyən adamlar əslində cəmiyyəti aldatmaqla məşğuldurlar”.

A.Əliyev vurğulayıb ki, əslində isə, hazırda Azərbaycanın region və dünya səviyyəsində tanınan media orqanlarının sayı kritik dərəcədə azdır:

“On illərdir hər bayram ərəfəsində Azərbaycan dövlətinin KİV-lərə on milyonlarla vəsait sərf etdiyi vurğulanır. Bəli, vəsaitlər sərf edilir, təkcə dövlət büdcəsindən bu sahəyə yüz milyonlar yönəldilir. Hələ mən büdcədənkənar vəsaitləri söyləmirəm. Amma indiyədək həmin media qurumlarının əksəriyyəti Azərbaycanda gedən ictimai-siyasi prosesləri heç ölkə daxilində də professional şəkildə təqdim etmək gücü qazanmayıblar.”

Tanınmış jurnalist qeyd edir ki, burada vəsatr çox şeyi həll etmir, ümumiyyətlə, media sahəsi pulla nüfuz qazanacaq sahələrdən deyil:


“Əgər belə olsaydı, o zaman KİVDF-dən mütəmadi olaraq bıyük yardımlar alan qəzetlər indi çox geniş dairədə ictimai rəyə təsir gücünə malik olardı. Deyim ki, yardımları ikiqat artırsan da, yenə də ciddi nəticə olmayacaq, vəsaitlər yenə səmərəsiz xərclənəcək. Amma hətta onların həcmini azaltmaqla da, əvəzində ciddi infrastruktur dəyişikliyi etmək, dünya təcrübəsindən öyrənmək, informasiya texnologiyalarının tətbiqini genişləndirmək, fərqli formada kadr hazırlığı həyata keçirməklə uğurlar qazanmaq olar. İndiki şəraitdə isə bizim regional, dünya mediası səviyyəsinə çıxmaq imkanlarımız çox məhduddur”.

A.Əliyev bildirib ki, mühüm statistik göstəricilərinə görə, Azərbaycan mediası regionda Ermənistandan və Gürcüstandan da geri qalıb:

“Halbuki 15-20 il öncə Azərbaycan mediası bu ölkələrdə həsəd doğururdu. On il əvvəl biz artıq Gürcüstanla, məsələn, reklam bazarının həcmində bərabər səviyyədə idik. Bu gün isə Gürcüstan artıq bizi dəfələrlə, qat-qat üstələyib. Rəsmi rəqəmlərlə baş ağrıtmaq istəmirəm, bu yaxınlarda onları açıqlamışdım. Amma səbəblərini araşdırmaq lazım deyilmi? Azərbaycan mediasının bütün üstünlüklərindən məhrum olması kimlərin fəaliyyətinin, siyasətinin nəticəsidir? Necə oldu ki, Azərbaycan mediası bütövlükdə götürəndə ələbaxımlı və nüfuzsuz bir quruma çevrildi. Hərə başını qoruyur, dünya informasiya qarşıdurmasında nəyəsə nail olmaq üçün isə daimi fəallıq, təşəbbüs gəkəkdir. Ona görə də Azərbaycanın dünyada nüfuzunu qoruyan, yüksəldən institutlar arasında mediamızın rolu, bəlkə də, sonuncudur. Hələ bir qabağa durub deyirlər ki, Həsən bəy Zərdabi sağ olsaydı, mətbuatımızın bu gününə sevinərdi. İndi nə deyəsən? Doğrudanmı belə düşünürlər, yoxsa baş aldadırlar? Rəhmətlik Həsən bəy Zərdabinin adından nə desən danışa bilərlər. Amma real rəqəmlər ortaya qoyulanda nədeyəcəklər? Bilirsiniz, mən həmişə qaranə ağdan seçməyin təfərdarı olav, özü də optimist adamam. Ona görə də, problemlərin bütün ağırlığına baxmayaraq, son vaxtlar Azərbaycan mediasının gələcəyinə daha böyük ümidlə baxmağa başlayıram. Kiçik də olsa, vəziyyətin dəyişə biləcəyinə işarə verən əlamətlər görürəm. “Turan” agentliyinin, “Ayna” və “Zerkalo” qəzetlərinin fəaliyyətlərini bərpa etməsi məndə belə ümidlər yaratdı. Düşünürəm ki, onların fəaliyyətlərini bərpa etməsində ölkə rəhbərliyinin ortaya qoyduğu fərqli iradə rol oynadı. Bu cəmiyyətdə müsbət qarşılandı. Ancaq hakimiyyət daxilində həmin KİV-lərin fəaliyyətindən heç də razı qalmayan vəzifəli şəxslər var. Vaxtilə “Turan” agentliyinin, “Ayna” və “Zerkalo” qəzetlərinin bağlanmasına nail olmuşdular. Onlar yenə məqam gözləyirlər. Əgər onların bu cür fəaliyyətlərinə imkan verilərsə, xoşagəlməz proseslər davamını tapacaq. Mən yenə deyirəm ki, media sahəsində vəziyyət acınacaqlıdır. Amma son zamanlar bu sahədə müsbət addımlara meyl hiss olunur. Düşünürəm ki, medianın əvvəlki nüfuzunu bərpa etməsi və inkişafı üçün üçün jurnalistlər özləri də bir qədər sirkələnməlidir. Bu şəraitdə medianın özünü necə aparmasının vəsiyyətə təsiri olacaq”.

pia.az


Etiket: Turan Ayna Zerkalo

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar