Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Unibank”ın Tovuz filialının müdirinə rüşvət ittihamı: “Alacağım kompensasiyanı ona verməliyəm?”

“Başa düşə bilmirəm ki, Prezidentin Fərmanı əsasında həmin kompensasiya mənə düşür, yoxsa “Unibank”ın Tovuz filialının müdirinə?”

PİA.az bildirir ki, Yenicag.az-a müraciət ünvanlayan Qazax şəhər sakini Cəfərova Aynurə Əyyaz qızı “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Tovuz rayon filialının müdiri Elgün Musayevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, ona çatacaq kompensasiyanın ödənilməsinə imkan vermədiyini yazıb.

Aynurə Cəfərova filial müdirinin kompensasiyanın ödənilməsi üçün ondan qeyri-qanuni ödəniş tələb etdiyini bildirib:

“Unibank”ın Tovuz rayon filialının müdiri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, mənə qaytarılmalı olan 1027.06 manat pulu və plastik kartı vermək üçün rüşvət tələb edir. Filial müdiri tələb edir ki, “sən, birinci bizə qalmış borcunu – həmin 1027.06 manatı bizə nəğd şəkildə ver, borcunu bağla, biz də sənə kartını verək”.

Ancaq o, bizim “Unibank”a borcumuzun olduğunu təsdiqləyən heç bir bildiriş vermədi. Əgər mənim banka borcum olsaydı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası həmin kompensasiyanı kredit borcuna yönləndirərdi və qeyd etdiyim məbləğin mənə ödənilməsi müəyyən olunmazdı.

Başa düşə bilmirəm ki, Prezidentin Fərmanı əsasında həmin kompensasiya mənə düşür, yoxsa “Unibank”ın Tovuz filialının müdirinə? Səhv etmiriksə, həmin Fərmanda kompensasiyaların bizlərə ödənilməsi nəzərdə tutulub.

Mən “Unibank”a olan kredit borcumuzu birinci qrup gözdən əlil, Prezident təqaüdçüsü Mirzəyev İlqar Kərim oğlunun aldığı pulla, balalarımın boğazından kəsərək, onları günlərlə ac qoyub, çətinliklə ödəmişəm və həmin kompensasiyanı da mən almalıyam. Nə üçün mən aldığım kompensasiyanı rüşvət kimi müdirə verməliyəm?

Əminəm ki, mənim şikayətim əsasında qanuni, hərtərəfli araşdırmalar, yoxlamalar aparılacaq, təqsirkar şəxs qanun və Dövlət qarşısında cavab verəcək, mənə verilməli olan kompensasiyanı maneəsiz şəkildə alacağam”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar