Azərbaycanda qızıl və gümüş bahalaşıb
İyulun 19-da qızılın qiyməti ötən günlə müqayisədə 32,5805 manat artaraq 1 unsiya üçün 2451,8505 manat təşkil edib.
Gümüş 0,5276 manat artaraq 1 unsiya üçün 27,8847 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 9,6815 manat artaraq 1455,2935 manat, palladiumun qiyməti isə 27,1065 manat azalaraq 2597,6935 manat olub. (Trend)
pia.az