Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni yaşayış komplekslərinin göllərin ətrafında salınması təklif edilir

“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H. Əliyev adına Coğrafiya İnstitutunda “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, iclasda coğrafiya elmləri doktoru Vaqif Məmmədov “Abşeron göllərinin müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi” mövzusunda hazırladığı layihə haqqında məruzə edib.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, kosmik peyk şəkilləri, PUA-lar və bu kimi müasir texnologiyaların köməyi ilə xəritələşmə apararkən 250-dən artıq göllə zəngin Abşeron ərazisini kvadratlara ayırmaq və hər bir sahəyə düşən gölün mənşəyi, həcmi, yaranma mənbəyi, ekoloji vəziyyəti və s. görə ayrı-ayrılıqda təsnifatını vermək daha münasibdir: “Bu isə həmin ərazilərdə tikinti, əkin və ya digər xeyirli iş görmək istəyən təşkilat sahibləri, iş adamlarına kömək etmiş olar”.

Mövzu ətrafında gedən müzakirələr və təkliflərdən sonra qərara alınıb ki, Abşeron gölləri haqqında bütün məlumatlar toplanaraq əsaslı kitab işlənilsin və bunun üçün göllər sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə proqram hazırlansın, eyni zamanda proqramı hazırlayarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Amin Məmmədovun yeni yaşayış komplekslərinin göllər ətrafında salınması haqqındakı təklifi nəzərə alınsın.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar