Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hörmüz boğazı ətrafında ABŞ-İran gərginliyi... - Müharibə olacaq?

Politoloq: “Hörmüz boğazında vəziyyət mürəkkəb olaraq qalır. Tərəflər tətikdədilər”

“Ağ Evdə İrana qarşı ciddi planlar hazırdı. Bunu həyata keçirmək ABŞ üçün də asan məsələ deyil”.

Bu sözləri Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Hörmüz boğazında ABŞ-la İran arasında artan gərginliyi PİA.az-a şərh edərkən qeyd edib.

Hörmüz boğazında ABŞ-la İran arasında gərginlik artıq ən son həddə çatıb. Dünən ABŞ hərbiçiləri İranın pilotsuz uçuş aparatını vurublar. Bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında İrana məxsus PUA-nı vurub.

Tramp qeyd edib ki, kəşfiyyat aparatı ABŞ-ın Fars körfəzində üzən gəmisindən təqribən 900 metr məsafədə olub. Onun sözlərinə görə, PUA hərbçilər üçün təhlükə yaradıb.

Xatırladaq ki, daha əvvəl isə İran boğazdan keçən bir tankeri saxlayaraq öz sularına aparıb.

Hörmüz boğazı ətrafında müharibə təhlükəsi varmı və Tramp seçkiqabağı İranla müharibə edərək özünə əlavə dividendlər qazana bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “İranın davranışları müharibə ehtimalını gündəmə daşıyır. Mütləq şəkildə ABŞ İranın bu siyasətinin qarşısını alacaq”.

Trampın seçki vaxtı müharibələrdən çəkiləcəyi vədini xatırladan politoloq düşünür ki, Tramp mümkün qədər İranla müharibə etməyəcək. Buna baxmayaraq onun komandasında olanlar İrana mümkün zərbələrə maraqlıdırlar:

ABŞ İran gərginliyi zəncirvari olaraq davam edir. Vaşinqton İrana qarşı hibrid, siyasi və iqtisadi müharibəni açıq şəkildə davam etdirir. ABŞ dövlət katibi Mayk Pompeo İranla danışıqlarda hazır olduqlarına qeyd etsə də, İranın PUA-sı ötən gün ABŞ qüvvələri tərəfindən Fras körfəzində vuruldu. Təbii ki, bu İrandan qisas almaq idi. Çünki, ötən ay İran ABŞ PUA-nın vurmuşdu. Göründüyü kimi gərginlik pik nöqtədədir və müharibə ehtimalı çiddiyyətini qoruyur.

Hesab edirəm ki, İranın Hörmüz boğazında tankerlərə hücumu da provakasiyadır və özünü burda güclü nümayiş göstərmək cəhdidir. Ağ Evdə İrana qarşı ciddi planlar hazırdı. Bunu həyata keçirmək ABŞ üçün də asan məsələ deyil. ABŞ daxilində İrana qarşı müharibə eləyhdarları var. Amerika xalqı Trampın bu siyasətinə qarşı etirazlara qalxa bilər. Çünki, Tramp seçki vaxtı müharibələrdən çəkiləcəyini qeyd etmişdi.

Məhəmməd Əsədullazadə: “Burada baş verə biləcək müharibə Ərəbistandan İsrailə qədər böyük coğrafiyaya yayılacaq”.

Hesab edirəm ki, Tramp mümkün qədər müharibə etməyəcək. Buna baxmayaraq onun komandasında olanlar İrana mümkün zərbələrə maraqlıdırlar.

Hörmüz boğazında vəziyyət mürəkkəb olaraq qalır. Tərəflər tətikdədilər. Burada baş verə biləcək müharibə Ərəbistandan İsrailə qədər böyük coğrafiyaya yayılacaq. ABŞ çalışır ki, İranla dialoqa gedib, şərtlərin qəbul etdirsin. Amma, İran bunda maraqlı deyil. İranın davranışları müharibə ehtimalını gündəmə daşıyır. Mütləq şəkildə ABŞ İranın bu siyasətinin qarşısını alacaq”.

Nərminə UMUDLU
pia.az
.



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar