Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xaş-xaş 2019”: Sərhədçilər tonlarla çətənə kolunu məhv ediblər

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış təd­birlərini davam etdirir

PİA.AZ DSX-nə istinadla xəbər verir ki, iyulun 5-də “Xaş-xaş 2019” şərti ad altında keçirilən kom­pleks tədbirlər nəticəsində Lerik rayonunun Kömürköy ərazisində 15 hektar sa­hə­dən ümumi çəkisi 2 ton 680 kq olan xaş-xaş kolu, Ağstafa rayonu Qarayazı ərazisindən isə 1 hektar sahədən 2 ton 376 kq olan çətənə kolları aşkar olu­naraq Daxili İşlər Nazirliyinin yerli rayon şöbələrinin və icra nümayən­də­lə­ri­nin iştirakı ilə yığılaraq müvafiq qaydada yandırılma yolu ilə məhv edilib.

İyulun 5-də Yardımlı rayonu Arvana kəndi yaxınlığında yer­ləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan Respub­likası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları po­lietilen paketdə qablaşdırılan 935 qram marixuana və 1025 qram heroini hadisə yerində ataraq geri İran ərazisinə qaçıblar.

İyulun 8-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azər­bay­can Respublikasına gələn İran vətəndaşları 1994-cü il təvəllüdlü Davamihur Peiman Xeirollah oğlu, 1987-ci il təvəllüdlü Abarimejdar Hos­sein Ayatali oğlu və 1986-cı il təvəllüdlü Hemmati Mejdar Reza Nabiali oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən, üstlərindən və daxili orqanlarından ümumilikdə 111 qram heroin, 10 qram metafitamin, psixotrop dərman olan 10 həb “Metadon”, 10 həb “Tramadol” aşkar olunaraq götürülüb.

İyulun 15-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azər­­bay­can Respublikasına keçərkən Lənkəran rayon sakinləri 1992-ci il tə­vəl­lüdlü Səfərli Məhəmməd Mahir oğlunun və 1989-cu il təvəllüdlü Ağabalayev Elxan Bəşir oğlunun üzərinə baxış keçirilərkən, onlardan birinin üstündən 6 qram, digərinin üstündən 7 qram narkotik vasitə olan heroin aşkar olunub.

Hər üç fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar