Hadisə Nizami rayonunda baş verib
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 20 m² olan tikilinin (avtomobil təmir sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühəfizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.(Milli.Az)
pia.az