Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb

"Neftçi" böyük hesabla qələbə qazanıb

"Report"un məlumatına görə, paytaxt təmsilçisi buna Moldova "Sperantsa"sını I raundun cavab matçında da məğlub etməklə nail olub. Səfərdə rəqibi 3 cavabsız qolla üstələyən "ağ-qaralar", evdə daha böyük hesablı qələbəyə seviniblər - 6:0.

"Neftçi"nin heyətində Vangelis Platellas 18-ci və 40-cı dəqiqələrdə fərqlənməklə dubl edib. Kapitan Emin Mahmudov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Dario Frederiko 42-ci, Jozef Monroz 67-ci, İsmayıl Zülfüqarlı isə 73-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.

pia.az

Etiket: Netçi qələbə

Şərh yazın.

loading...