Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın icmal büdcəsində 6 milyard manata yaxın qalıq yaranıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxili 10 405,5 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% və yaxud 590,2 mln. manat çoxdur

PİA.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hesabat dövründə Vergilər Nazirliyindən büdcəyə 3 632,8 mln. manat vəsait daxil olmuşdur ki, bu da illik müqayisədə 7,4% və yaxud 250,3 mln. manat çoxdur.

Həmin vəsaitin 70,1%-i və yaxud 2 245,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 318,8 mln. manat və yaxud 14,3% çoxdur.

6 ay ərzində Dövlət Gömrük Komitəsindən isə büdcəyə 2 065,2 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% və yaxud 446,2 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 234,4 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 30,9% və yaxud 55,5 mln. manat çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə 60,1 mln. manat vəsait daxil olub. Azərbaycan Dövlət Neft Fondundan isə büdcəyə 4 413,0 mln. manat vəsait transfert edilib.

2019-cu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4 965,8 mln. manat icra olunub.

Bu ilin I yarısında dövlət büdcəsinin xərcləri 10 951,0 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15%faiz və yaxud 1 426,7 mln. manat çoxdur.

İqtisadi təsnifata uyğun olaraq büdcə xərclərinin 36,1%-i və yaxud 3 953,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% və yaxud 328 mln. manat çoxdur.

6 ay ərzində büdcə xərclərinin 5 621 mln. manatı və yaxud 51,3%-i cari xərclər, 3 941,6 mln. manatı və yaxud 36%-i əsaslı xərclər, 1 388,4 mln. manatı və yaxud 12,7%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

2019-cu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5891,8 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 775,5 mln. manat və yaxud 15,2% çoxdur.

Hesabat dövründə Azərbaycanın icmal büdcəsinin gəlirləri 17583,1 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2467,6 mln. manat və yaxud 16,3% çoxdur. İcmal büdcənin xərcləri isə 11 682 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 mln. manat və yaxud 7,7% çoxdur. İcmal büdcədə 5 901,1 mln. manat qalıq yaranıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar