Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ƏƏSMN: "Yaşa görə pensiya təyin olunanların sayının artıb"

Prezident İlham Əliyevin tapşırığına əsasən, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət olaraq pensiyaların elektron qaydada təyinatına başlanıb

PİA.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla bildirir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 15,6 minədək şəxsə yaşa görə pensiya təyin olunub ki, həmin təyinatların 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib.

E-qaydada pensiya təyinatı sisteminin ən mühüm üstünlüklərindən biri vətəndaşın yaşa görə pensiya hüququ yarandığı gün onun müraciəti olmadan, hər hansı sənəd təqdim etmədən, avtomatik qaydada pensiya təyinatı aparılması və bu barədə e-qaydada özünə məlumat göndərilməsidir. Bununla da sistem əvvəlki illərdə yaşa görə pensiya hüququ yaranan, lakin müraciət etmədiyi üçün həmin vaxtlarda pensiya təyinatı aparılmamış şəxslərin də cari ilin əvvəlindən pensiya hüquqlarının avtomatik reallaşdırılmasına imkan verib.

Nəticədə isə e-pensiya sistemi yaşa görə pensiya təyin olunanların sayının artmasına səbəb olub.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında yaşa görə əmək pensiyası təyinatlarının sayı 67,7 faiz artıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar