Çərşənbə, 21 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Avropa Məhkəməsi Gürcüstanı 56 min avro cərimələyib

Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanla bağlı üç məsələ üzrə qərarını açıqlayıb

“Report”un yerli bürosu xəbər verir ki, məhkəmə “Vazaqaşvili Gürcüstana qarşı”, “Rustavi 2” televiziya kanalı və “Qoqoladze Gürcüstana qarşı” işlərini nəzərdən keçirib.

Məhkəmənin qərarı ilə Gürcüstan hökumətinin üzərinə Vazaqaşvilinin işi üzrə 50 min avro məbləğində kompensasiya ilə bağlı öhdəlik qoyulub.

“Rustavi 2” ilə bağlı məhkəmə heç bir qanun pozuntusu müəyyən etməyib.

Qoqoladzenin işi üzrə qərara əsasən isə Gürcüstan hökuməti 6 min avro kompensasiya ödəməli olacaq.

Hökumət iddiaçılara məbləği üç ay ərzində ödəməlidir.

Qeyd edək ki, Zurab Vazaqaşvili 2006-cı ilin mayında Tbilisidə keçirilən xüsusi əməliyyat zamanı ölüb. Faktla bağlı yeni istintaqın aparılması ilə bağlı bir sıra aksiyalar keçirilib. Z. Vazaqaşvilinin ailəsinin Strasburq məhkəməsinə müraciəti 2007-ci ildə qəbul olunub.

Nodar Qoqaladze 2008-ci ilin fevralında Borjomidə saxlanılıb. O, polis bölməsində fiziki zorakılığa məruz qaldığını iddia edib.

pia.az

Etiket:

loading...