Çərşənbə, 21 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Amerikanın Sudandakı oyunları bitdi: Tərəflər razılığa gəldilər..

Müxalifət və ordunun əldə etdiyi razılıq 39 ay ərzində davam edəcək. 21 ay general, 18 ay isə mülki şəxslər demokratik keçid dönəmini idarə edəcək

Bir müddətdir güllələrin uçuşduğu, vətəndaş müharibəsinin astanasında olan Sudanda ordu güclər ilə müxalif güclər demokratik keçid dönəmi üçün razılığa gələ biliblər. Dünya mediasına istinadən PİA.az bildirir ki, keçid dönəmi 39 ay ərzində davam edəcək və bu müddət tərəflərin müştərək idarəsi altında olacaq. "Başda duranlar" isə 21 ay ərzində ordudan bir general, 18 ay ərzində isə seçilmiş mülki şəxslər olacaq.

3 illik keçid dönəmi

Vətəndaş müharibəsindən qaçmağı bacaran Sudan bu keçid dönəmindən sonra demokratik seçkilər keçirəcək. Sudandakı bu addımı dəstəkləyən demokratik qüvvələr isə indidən Sudanın terrora dəstək verən ölkələr siyahısından çıxarılmasını tələb edirlər.

Aprel ayında prezident Ömər əl-Bəşirin hakimiyyətdən salınmasından sonra əldə edilən bu razılıq Sudandakı siyasi tıxanıqlığı və seçimsizliyi aradan qaldıracaq.

Razılaşmanın əvvəlində nələr baş vermişdi?

Ömər əl-Bəşirin devrilməsindən sonra hakimiyyəti bölüşə bilməyən tərəflər müxtəlif mitinqlərdə qarşı-qarşıya gəlirdilər. Xüsusilə də, 3 iyun tarixində Hartumda baş verən hadisələrdə onlarla müxalif əsgərlərin müdaxiləsi ilə həyatını itirmişdi. Hadisənin sonrasında ABŞ-ın Afrika məsələləri üzrə təmsilçisi Tibor Negi "Sudanda 3 iyundan sonra hər şey dəyişdi" demişdi. ABŞ-ın ölkəyə müdaxiləsi belə müzakirə olunurdu. Ancaq Afrika Birliyinin və Efiopiyalı rəsmilərin məsələyə qarışmasından sonra tərəfləri barışdırmaq mümkün olub. Razılaşma dünən (17 iyul) əldə olunub.

Ziya MEHTİ
pia.az


loading...