Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Vüsal Hüseynov: "Ölkə vətəndaşlığından çıxma qaydalarında dəyişiklik ediləcək"

Dövlət Miqrasiya Xidməti ölkə vətəndaşlığından çıxma ilə bağlı mövcud qanunvericilikdə olan məsuliyyətin azaldılması ilə bağlı təkliflər üzərində işləyir

Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

O qeyd edib ki, qanunvericiliyə əsasən 1 ay müddətində ölkə vətəndaşlığından çıxma ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir:

“Həmin şəxs məlumat vermədiyi halda haqqında inzibati tədbirlər görülür. Bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təkliflər üzərində işləyirik. Təklif məsuliyyətin azaldılması ilə bağlıdır”.(Trend)

pia.az


loading...