Çərşənbə, 21 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

"Qarabağ"ın "Dandolk"la oyunlarının vaxtı açıqlanıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Dandolk” komandasına qarşı keçirəcəyi oyunların tarix və saatları açıqlanıb

“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ilk matç iyulun 24-də Dandolk şəhərindəki “Oriel Park” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Cavab qarşılaşması isə iyulun 31-də Bakıda “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” I mərhələdə Albaniya çempionu “Partizani”ni, “Dandolk” isə Latviyanın “Riqa” kollektivini mübarizədən kənarlaşdırıb.

pia.az


loading...