Bazar ertəsi, 10 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Səfir: “Gürcüstan-Azərbaycan sərhədindəki insidentin təxribat olduğu göz qabağındadır”

Zurab Pataradze bu fikirləri müsahibəsində bildirib

“İyulun 14-də azərbaycanlı sərhədçilər və yerli əhali arasında baş verən insidenti pisləyirik”.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” proqramına müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, hər iki tərəfin müvafiq orqanlarının fəal müdaxiləsi nəticəsində insidentin çox tez, cəmi bir neçə dəqiqə ərzində qarşısı alınıb: “Vurğulamaq istərdim ki, artıq araşdırma aparılır. Xarici işlər nazirliklərinin bəyanatlarına əsasən, əhaliyə, məsələ ilə maraqlanan insanlara çağırış edirəm ki, təxribatdan yayınsınlar, imkan verməyək ki, bu məsələ qabardılsın. Bizim xeyrimizi istəməyənlərə məsələni şişirtməyə imkan verməyək. Təxribatdan uzaq olaq, çünki bunun açıq-aşkar təxribat olduğu göz qabağındadır”.

Z.Pataradze bildirib ki, komissiyanın normal rejimdə çalışaraq ortaya obyektiv material qoymasına imkan verilməlidir: “Əminəm ki, qəbul edilən qərar ölkələrimizin rifahına, dostluğa, uğura və gələcək planlara yönəlmiş bir qərar olacaq. Biz təxribatlara uymamalı, təxribatlardan yayınmalıyıq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Belarusun tale günü - Lukaşenko rəqibindən 3 faiz geridə qalır...

Sabahdan bu qadağalar ləğv edilir – Tam siyahı

Həbs edilən məmurun qızı ikinci dəfə boşandı 

Səfər Əbiyev: “Bu gün acı bir xəbər məni çox üzdü”

Lənkəranskinin qatili olaraq bilinən Rəşad Gəncinski azadlığa buraxıldı - Belarus məhkəməsi qərar verdi

Qorxmaz Hüseynovun QIZIL SUYUNA çəkilmiş villası – Fotolar

Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi

Dənizdə polislərlə gənclər arasında kütləvi dava - Foto

loading...

Ən çox oxunanalar