Bazar, 09 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Agentlik bir milyonluq çadır alıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “Qurban” bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqlar alır

PİA.AZ “Finans.az”a istinadla xəbər verir ki, publik hüquqi şəxsin bu məqsədlə 13 iyun 2019-cu il tarixində keçirilmiş tenderində“Novotrend” MMC qalib elan edilib. Sözügedən şirkətə 802 min 624, manat ödəniş edilib.

Təəssüf ki, məlumatda çadırların sayı və hər birinin qiymətilə bağlı məlumat verilmir. Lakin istənilən halda, müvəqqəti çadırlar üçün 1 milyon manata yaxın vəsaitin xərclənməsi şübhəli və qeyri-real görünür.

Bu çadırların ölkənin əsasən böyük şəhərlərində qurulacağını nəzərə alsaq, onların ümumi sayının 10-20 ədəd olacağını ehtimal etmək olar. Belə çıxır ki, hər çadır orta hesabla 50 min manata başa gəlir…

Etiraf edək ki, kifayət qədər şübhəli rəqəmdir. Bəs, görəsən, müvəqqəti xarakter daşıyan avadanlıq üçün bir büdcə təşkilatının belə iri məbləğdə xərcləməyə getməsi nə dərəcədə məqsədəuyğundur?

Və ümumiyyətlə, sahibkarların ən çox şikayət etdikləri qurumlardan biri olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu cür israfçılığa yol verməsini şərtləndirən səbəblər nədən ibarətdir?

Bu məlumat bir daha Azərbaycanda tenderlərin hansı prinsiplər əsasında və nə dərəcədə şəffaf keçirilməsinə dair sualları aktuallaşdırır. Təsadüfi deyil ki, əksər müstəqil iqtisadçı ekspertlər tenderlərin ölkədə hələ də korrupsiyanın mövcudluğunu şərtləndirən əsas istiqamətlərdən biri olduğunu iddia edirlər.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Belarusun tale günü - Lukaşenko rəqibindən 3 faiz geridə qalır...

Sabahdan bu qadağalar ləğv edilir – Tam siyahı

Həbs edilən məmurun qızı ikinci dəfə boşandı 

Lənkəranskinin qatili olaraq bilinən Rəşad Gəncinski azadlığa buraxıldı - Belarus məhkəməsi qərar verdi

Səfər Əbiyev: “Bu gün acı bir xəbər məni çox üzdü”

Dənizdə polislərlə gənclər arasında kütləvi dava - Foto

ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan yeni proqnoz - Tramp gedir...

loading...

Ən çox oxunanalar