Çərşənbə, 21 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Azərbaycan qızıl idxalını davam etdirir

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verir

Bu ilin birinci yarısında Azərbaycan xaricdən 1,7 milyard dollar dəyərində qızıl alıb. Təkcə iyun ayında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) şəxsində Azərbaycan 300 milyon dollar dəyərində qızıl külçə alıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verir.

Bu ilin altı ayı ərzində Azərbaycana 7 milyard dollardan çox məbləğdə mal idxal olunub. Bu, 2018-ci ilin müqayisəli dövründəkindən 50 faiz çoxdur. İdxalın 40%-i (2,8 milyard dollar) dövlət müəssisələri və təşkilatlarının payına düşür. Avropa İttifaqından idxalın həcmi (1,162,3 milyon dollar) ötən illə müqayisədə 2,9 faiz, MDB ölkələrindən idxal olunan məhsullar (1,5 milyard dollardan çox) 18,8 faiz artıb.Hesabat dövründə malların ixracı (9,9 milyard dollar) 15,2 faiz artıb. Bunlardan 5,3 milyard dolları dövlət sektorunun payına düşür. İxracat strukturunda qeyri-neft sektoru 10% təşkil edir.(azpolitika)

pia.az

 

Etiket: qızıl idxal

Şərh yazın.

loading...