Şənbə, 21 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Çempionlar Liqası: "Qarabağ" növbəti oyununa çıxır

Bu gün Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq

Ağdam təmsilçisi I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu “Partizani”ni qəbul edəcək.

Görüş “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq. Matçı Moldovadan olan hakim Dmitri Muntyan idarə edəcək.

Oyun “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Xatırladaq ki, Tirandakı ilk qarşılaşma qolsuz heş-heçə ilə nəticələnmişdi. Bu isə o deməkdir ki, “Qarabağ” maksimum diqqətli olmalıdır, xüsusən də müdafiədə.

pia.az


loading...