Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cənablar, vəziyyət çox kritikdir” - Azər Rəşidoğlu

““Keşikçidağı” kimi daha hansı gözlənilməyən fors-majorların ola biləcəyi açıq deyilməlidir”

Siyasi şərhçi Azər Rəşidoğlu “Facebook” sosial şəbəkəsində ölkədə baş verən son hadislərdən ən önəmlisi haqqında maraqlı yazı ilə çıxış edib.

PİA.AZ həmin yazını olduğu kimi oxucularının diqqətinə cəlb edir:

Avropadakı “söyüş müxalifəti”ni heç vaxt təqdir etməmişəm. Onların fəaliyyətini tənqid etdiyim üçün özüm də təhqirlərə məruz qalmışam. Söyüş yağdıranların bir hissəsinin hakimiyyətin bəzi nümayəndələrindən maliyyə və kompromat aldığını dəfələrlə vurğulamışam. "Zerkalo" və "Meydan tv"-də dərc edilən müsahibələrimdə "söyüş müxalifəti"nin səbəb deyil, nəticə olduğunu vurğulamışam. Yəni, vətəndaş cəmiyyətinin, medianın, siyasi partiya və mötədil dini qrupların sıradan çıxardılmasının, habelə hakimiyyətin buraxdığı kobud səhvlərin nəticəsi kimi "söyüş müxalifəti"nin meydana çıxdığını bildirmişəm.

Son 10 gün ərzində şəhərin ən müxtəlif yerlərində, bölgələrdə sadə insanların öz aralarında nə danışdığını dinləmişəm, bəzən söhbətlərə qoşulmuşam. Müşahidələrim acınacaqlı nəticələr verib. Az qala hər kəs Avropada söyüş və təhqir yağdıranların sözləri ilə danışır. onları təqlid edir və onlara bənzəmək istəyir. Hər kəs (məzaci mənada hər kəs ifadəsindən istifadə edirəm) onları dinləyir. Bunun nə olduğunu hakimiyyətdəkilərdən kimsə anlayırmı? Sizin qurduğunuz beyin mərkəzləri "Yaxşı padşahın nağılı"nda olduğu kimi "hər şey yaxşıdır, xalq sizi sevir" tezisini sırıyırlar.

Düşünürəm ki, hər şey bərbaddır, əhali bərk narazıdır (obyektivlik naminə deyim ki, narazılıq bir çox hallarda 1-ci şəxsdən deyil, məmurlardan və tayfabazlıqdandır) və ölkə uçuruma gedir. Təcili tam müstəqil düşüncə mərkəzləri formalaşdırılmalı, heç olmasa, daxili istifadə üçün obyektiv təhlil aparılmalı. "Keşikçidağı" kimi daha hansı gözlənilməyən fors-majorların ola biləcəyi açıq deyilməlidir. Cənablar, vəziyyət çox kritikdir, kimlərəsə tezis yazdırıb, ailəsini təhqir elətdirməklə yanlış edirsiniz və son nəticədə ölkənin 1-ci şəxsi və onun ailəsi hədəfə gəlir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar