Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtalyanların Bakıdakı qalmaqallı sərgüzəştləri iflasla başa çatdı

İtaliyanın landşaft dizaynı və yaşıllaşdırma biznesi ilə məşğul olan "Paghera Green Service Societa Agricola S.R.L” şirkətinin Bakıda səhmləri milyarder Fərhad Əhmədova məxsus olan “Baku Caspian Real Estate Limited” MMC şirkətinə qarşı məhkəmə çəkişməsi başlatmaq səyləri uğuruzluqla nəticələnib

Ən yuxarı məhkəmə instansiyası İtaliya şirkətinin iddiasının Azərbaycan məhkəmələrində baxılmasının qeyri-mümkünlüyü qənaətinə gəlib. Beləliklə də italyanların Bakıda bir neçə il əvvəl başlamış “qeyri-adi sərgüzəştləri” başa çatmış sayıla bilər.

E.Ryazanovun məşhur filmindən kadr

Xatırladaq ki, özünü landşaft dizaynı və yaşıllaşdırma sahəsində “dünyanın aparıcı şirkətlərindən biri” kimi təqdim edən “Paghera Green Service Societa Agricola S.R.L” 2016-cı ildə F.Əhmədovun Bakının Bilgəh qəsəbəsində yerləşən malikanəsinin 6 hektarlıq ərazisini abadlaşdırmaq üçün “Baku Caspian Real Estate Limited” MMC şirkətindən üst-üstə 12 milyon avroluq sifariş alıb. Lakin sifarişçi 9 milyon avro ödəyəndən və müqavilə müddəti başa çatandan sonra görülən işləri təftiş edib. Və məlum olub ki, icraçı şirkət işlərin az qala yarısını görməyib, yaxud bir sıra işləri keyfiyyətsiz görüb. Üstəlik müqavilə üzrə nəzərdə tutulan, xaricdən idxal ediləməli olan mal-materiallar əvəzinə yerli mallardan (təbii ki, dəyəri qat-qat aşağı olan) istifadə edib. (Bu əhvalat haqda virtualaz.org və haqqin.az saytları ötən il geniş araşdırmalar dərc etmişdi-red.)

Maraqlıdır ki, “Paghera” şirkətinin icraçı direktoru Massimo Alberto həmin təftişin nəticəsi olaraq tərtib edilmiş protokolu imzalayıb. Protokola əsasən bütün bu nöqsanlar qeyd edilmişdi və icraçı tərəf təsdiq edirdi ki, ödənilmiş 9 milyon avronun 1.5 milyonunu sifarişçiyə geri qaytarmalıdır. Amma daha sonra italyanlar qərara alıblar ki, KİV-lərdə səs-küy qaldırmaqla və məhkəməyə şikayət etməklə biznesmenə təsir göstərsinlər, ondan daha 3 milyon avro qoparsınlar.

Beləliklə “Paghera” şirkəti “Caspian Baku Real Estate Limited” şirkətinə qarşı iddia qaldırıb. Əslində isə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə bütün mübahisələrə London məhkəməsində baxıla bilərdi.

Bununla belə Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarmışdı ki, “Paghera” şirkətinin iddiasına Azərbaycan məhkəmələrində baxıla bilər. Cavabdeh tərəf isə bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.

“Baku Caspian Real Estate Limited” şirkətinin icraçı direktoru, Fərhad Əhmədovun qanuni nümayəndəsi Nail Şahverdiyevin virtualaz.org-a bildirdiyinə görə iyulun 16-da Ali Məhkəmə bu çəkişməyə nöqtə qoyub. Ali Məhkəmənin məhkəmə kollegiyası “Baku Caspian Real Estate Limited” şirkətinin kassasiya şikayətinə hərtərəfli, obyektiv və ədalətli şəkildə baxaraq hökm çxarıb: “Baku Caspian Real Estate Limited” şirkətinin kassasiya şikayəti təmin edilsin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının hökmü ləğv olunsun.

“Başqa sözlə, italyanların və onların maraqlarını müdafiə edən vəkil Kamandar Nəsibovun 11 aylıq epopeyası iflasla nəticələndi. Biz ən yüksək məhkəmə instansiyasında haqlı olduğumuzu sübut edə bildik. Ali Məhkəmənin hökmü qətidir və ondan şikayət verilə bilməz. Yəni bu mübahisəyə müqavilə şərtlərində qeyd olunduğu kimi, ancaq London məhkəməsində baxıla bilər. Ali Məhkəmənin çıxardığı hökm şantaj və hədə-qorxu yolu ilə pul qoparmaq cəhdlərinin iflasa uğramasıdır. Başqa sözlə, Fərhad Əhmədovdan şantaj, hədə-qorxu, mətbuatda qara piar təşkil etmə, qarayaxma kimi metodlarla pul qoparmaq istəyənlər bəribaşdan anlamalıdırlar ki, cəhdləri boşa çıxacaq ”,-N.Şahverdiyev qeyd edib.

Qeyd edək ki, mübahisə təzə başlayanda italyanların London məhkəməsində də “Baku Caspian Real Estate Limited” şirkətinə qarşı iddia qaldırdığı haqda şaiyələr dövriyyəyə buraxılmışdı. Lakin daha sonra London məhkəməsində belə iddianın qeydə alınmadığı dəqiqləşdi. Əslində London məhkəməsində iddia qaldırmaq “Paghera” şirkəti üçün daha böyük iflasa gətirib çıxarardı. Çünki bu mübahisədə bütün dəlillər italyanların əleyhinədir və belə olan halda Əhmədovdan 3-5 milyon avro qopara bilmək üçün Londonda bahalı vəkillərə ətək-ətək pul xərcləmək onların Bakı sərgüzəştlərinin daha acınacaqlı sonluqla bitməsini qaçılmaz edərdi.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar