Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ÜDM-i 2,4% artıb – İqtisadiyyatda böhran arxada qaldı?

İqtisadçı-ekspert: “ÜDM tək başına bir ölkədəki həqiqi rifah səviyyəsini müəyyən etmir. Bir çox iqtisadi göstəricilər var ki, onlar heç nəzərə alınmır”

“Ölkə hökuməti üçün ÜDM-un daha doğru və ədalətli bölgüsü prioritet təşkil etməlidir. Heç kimə sirr deyil ki, ÜDM-da artıma baxmayaraq ölkə əhalisinin böyük əksəriyyəti iqtisadi cəhətdən acınacaqlı vəziyyətdədirlər”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova bu ilin birinci yarısında Azərbaycanın ümumi daxili məhsulunun 2,4% artmasını PİA.az-a şərh edərkən qeyd edib.

Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə bu ilin birinci yarısında Azərbaycanın ümumi daxili məhsulu 2,4% artaraq 37825,2 milyon manata çatıb, əhalinin hər nəfərinə düşən ÜDM isə 3828,1 manata bərabər olub. ÜDM istehsalının 44,6 % sənayenin, 9,9 % ticarət; nəqliyyat vasitələrinin təmirinin və nəqliyyat və anbar təsərrüfatı sahələrinin 6,2 % , 5,9 % isə tikintinin payına düşüb. Digər 5,6 % kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 % turistlərin yerləşdirilməsi və ictimai-iaşə, 1,7 % informasiya və rabitə sahələrinin, 14,5 % digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 %-ni təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,8 %, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13,1 %, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3 %, sənayedə 2,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,8 %, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,5 %, digər xidmət sahələrində 1,8 % artmış, tikintidə isə 11,2 % azalıb.

İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3 %, qeyri neft-qaz sektorunda isə 3,2 % artıb.

Bu artıma əsaslanaraq deyə bilərikmi ki, artıq Azərbaycan iqtisadiyyatında stabil artım tempi yaranıb və Azərbaycan iqtisadiyyatı böhranı arxada buraxaraq inkişaf mərhələsinə qədəm qoyub?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.

Vüsalə Əhmədova: “ÜDM-də cüzi artımla yanaşı Azərbaycanın xarici borcu da durmadan artır”.

2018-ci ildə Azərbaycanın dövlət borcunun 9 milyard 398 milyon 300 min dollar olduğunun qeyd edildiyini xatırladan iqtisadçı-ekspert bildirib ki, bu ÜDM-nin yarıdan çoxu deməkdir və məlumdur ki, borcun ən sağlam ölçüsü onun gəlirə olan nisbətidir. Beləcə real vəziyyət ortaya çıxır:

Dövlət Statistika Komitəsinin məmulatlarına əsaslansaq 2019-cu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə, 2,4% artaraq, 37 milyard 825,2 milyon manata çatıb. ÜDM-nin təxminən yarısından çoxu sənayenin payına düşür, daha sonra isə digər təsərrüfat sahələri gəlir. İl ərzində “Azeri LT CIF” markalı neftin barelinin qiyməti 62 dollardan aşağı enmədiyi üçün artımı normal qəbul etmək olar. Ancaq o da var ki, ÜDM-də cüzi artımla yanaşı Azərbaycanın xarici borcu da durmadan artır.

Nəzərinizə çatdırım ki, 2018-ci ildə Azərbaycanın dövlət borcunun 9 milyard 398 milyon 300 min dollar olduğu qeyd edilir. Hətda bəzi qeyri-rəsmi mənbələrdə bu rəqəmin 20 milyard dolları keçdiyi deyilir. Bu isə ÜDM-nin yarıdan çoxu deməkdir. Məlumdur ki, borcun ən sağlam ölçüsü onun gəlirə olan nisbətidir. Beləcə real vəziyyət ortaya çıxır.

Vüsalə Əhmədova: “İqtisadiyyatın əsas dəyişkənləri ilə ÜDM tendensiyası arasındakı korelyasiyanın zəif olduğu gözdən qaçmamalıdır”.

Qeyd edim ki, ÜDM tək başına bir ölkədəki həqiqi rifah səviyyəsini müəyyən etmir. Bir çox iqtisadi göstəricilər var ki, onlar heç nəzərə alınmır. İşçi qüvvəsinin iştirak səviyyəsi, işsizlik səviyyəsi, enerji istehlakı səviyyəsi, sənaye istehsal indeksi, kredit artımı, xarici ticarət kəsiri və cari kəsir kimi iqtisadi göstəriciləri nəzər alsaq ölkə iqtisadiyyatının artdığını deyil, azaldığını təxmin edə bilərik. İqtisadiyyatın əsas dəyişkənləri ilə ÜDM tendensiyası arasındakı korelyasiyanın zəif olduğu gözdən qaçmamalıdır. Ölkə hökuməti üçün ÜDM-nin daha doğru və ədalətli bölgüsü prioritet təşkil etməlidir. Heç kimə sirr deyil ki, ÜDM-də artıma baxmayaraq ölkə əhalisinin böyük əksəriyyəti iqtisadi cəhətdən acınacaqlı vəziyyətdədirlər. Artımdan əldə olunan faydanın əksəriyyəti yuxarı gəlir seqmentinə gedir, aşağı gəlir seqmentinin isə real gəliri illərdir olduğu səviyyədə qalmaqdadır.

Əlavə olaraq onu da qeyd edim ki, böyük ölçülü investisiya layihələrinin ÜDM üzərində fərqli təsirləri mövcuddur. Layihələrin iqtisadi faydaları investisiya xərclərindən yüksək olarsa, bu layihələr gələcək dövrlərdə ölkənin ÜDM-nin artmasını təmin edə bilər. Ancaq əksi baş verdikdə, yəni iqtisadi faydası şübhə doğuran böyük layihələr gələcək dövrlərdə ÜDM üçün neqativ yöndə təsir göstərir. Başqa bir ifadə ilə, böyük layihələr ölkənin gələcək illərdə yaradacağı əlavə dəyəri artırmır, əksinə iqtisadi kənarlaşma (economic externality) yaradır. Ölkəmizdə saysız hesabsız bu tip infrastruktur layihələrini misal gətirmək olar”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar